6-09-2022, 15:54 Oxunub: 2241

Polisə “dur get, internetimi düzəlt” dedi - həbs edildi

Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib.

 Hadisə bir neçə gün əvvəl rayonun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Q. Ağayev yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdə internetin kəsildiyini görüb. Daha sonra yaşadığı ünvanı tərk edərək qəsəbənin mərkəzinə doğru hərəkət edib. Burada o, Qəbələ Rayon Polis Şöbəsinin sahə müvəkkilinin olduğu polis məntəqəsinə daxil olub. Sahə rəisi olan polis baş leytenantından evinin internetini düzəltdirməyini tələb edib və söyüş söyərək səs-küy salıb. Əraziyə əlavə polis əməkdaşları dəvət edildikdən sonra 41 yaşlı şəxs saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.

Qəbələ Rayon Məhkəməsində hadisə barədə ifadə verən polis sahə rəisi bildirib ki, sərxoş şəxs qəfil şəkildə onun xidməti otağına daxil olub: “Saat 14:45 radələrində Vəndam qəsəbəsində polis sahə rəisləri üçün nəzərdə tutulmuş polis məntəqəsində xidməti işimlə məşğul olarkən sonradan adını öyrəndiyim şəxs otağa daxil olub heç bir səbəb göstərmədən uca səslə “tez dur get, mənim internetimi düzəlt” deyərək qışqırmağa başladı, ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başladı. Həmin şəxsi sakitləşdirməyə çalışıb onun aqressiv olma səbəbini öyrənmək istədim. Vətəndaşın qeyri-ixtiyari hərəkətlər etdiyini müşahidə etdim və yaxın məsafədən nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss etdim. Səs-küyü eşidən polis sahə nəfəri otağa gələrək mənimlə birgə onu məntəqədən çölə çıxartmağa çalışdı, lakin o, tələbimizə qəsdən tabe olmayaraq sakitləşmədi”.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Q.Ağayevə 10 sutka həbs cəzası verilib.

Qafqazinfo

İnternetin qiymət artdı, bəs sürət necə? — ARAŞDIRMA İnternetin qiymət artdı, bəs sürət necə? — ARAŞDIRMA İqtisadiyyat Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Gündəm / Sosial İlham Əliyev Qəbələdə - YENİLƏNİB + FOTO İlham Əliyev Qəbələdə - YENİLƏNİB + FOTO Gündəm / Siyasət “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim