İdman
ÇOX OXUNANLAR
23-06-2021, 14:15 Oxunub: 52261
Adamlara çip yerləşdirmək söhbətləri təsdiqləndi - Putin məxfi proqram başladıb...

Rusiyanın elm və təhsil Nazirliyi insanların beyninə çip yerləşdirilməsini də nəzərdə tutan proqram üzərində işləyir.
Virtualaz.org xəbər verir ki, bu məxfi proqram haqda "Kommersant” qəzeti məlumat əldə edib.
İnsanlara çip yerləşdirilməsi planlarının mövcudluğu barədə söz-söhbətlər dünyada koronavirus pandemiyası ilə bağlı geniş vüsət almışdı və belə konsprioloji nəzəriyyə irəli sürülmüşdü ki, guya bu virusu yaymaqda məqsəd insanlara çip yerləşdirməkdir. Konspiroloqlar bu planın arxasında "Microsoft” qurucusu Bill Qeytsin dayandığını irəli sürürlər. Dünyada bu iddialara inananların sayı milyonlarla ölçülür.
Lakin indi məlum olur ki, məsələ koronavirusla bağlı olmasa da hər halda insanların beyninə çip yerləşdirib onlara kənar qurğulardan komanda vermək istəyənlər var. Özü də bu plan konspiroloqlar tərəfindən deyil, dövlət strukturları tərəfindən irəli sürülüb və hazırda üzərində iş gedir.
Qəzetin yazdığına görə, "Beyin, sağlamlıq, intellekt, innovasiyalar 2021-2029 illərdə” adlı proqram çərçivəsində insanların beynində xarici qurğulardan verilənlərin ötürülməsi üçün çip yerləşdiriləcək. "Kommersant” bu layihə barədə Rusiya Elmlər Akademiyasının rəhbəri Aleksandr Sergeyevin prezident Vladimir Putinə məktubundan öyrənib.
Layihə Rusiya Elmlər Akademiyası və Lomonosov adına Moskva Dövlət Universiteti tərəfindən hazırlanıb. Onun həyata keçirilməsinə 54 milyard rubl lazımdır, vəsaiti digər milli layihələrdən ayırmaq nəzərdə tutulur. Prezident Vladimir Putin proqramın işlənib hazırlanmasını baş nazir Mixail Mişustinə və administrasiyasının rəhbəri Anton Vaynoya tapşırıb. Elm və təhsil nazirliyindən deyiblər ki, layihə "ilkin mərhələdədir”. Layihəyə əsasən Rusiyada neyrointerfeyslər texnologiyasını inkişaf etdirmək nəzərdə tutulur, bu texnologiya xarici elektron qurğuları beyninin elektrik siqnalları vasitəsilə idarə etməyə imkan verəcək. Həmin elektrik siqnalları süni intellektin köməyi ilə idarəetmə komandalarına çevrilir.
Layihə müəllifləri məktubda qeyd ediblər ki, bu texnologiyalar üzrə elmi bazanı inkişaf etdirmək və qabaqcıl prototiplərin kütləvi istehsalına başlamaq lazımdır. Layihədə göstərilir ki, mürəkkəb sistemləri (təyyarələri, AES-ləri, avtomobilləri ) həm bilavasitə, həm məsafədən idarə etmək üçün "insan-texnika” interfeyslərinin yaradılması planlaşdırılır. Habelə müstəqil şəkildə məqsədləri formalaşdıran, situasiyanı qiymətləndirən, onun inkişaf ssenarisini proqnozlaşdıran və qərarlar qəbul edən interfeyslərin hazırlanması da nəzərdə tutulur.
XƏBƏR LENTİ
10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi 13:32 | Uğurun zirvəsinə aparan yol – iş adamı Hasil Nurullayevin nümunəvi fəaliyyəti 19:36 | Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur? 18:20 | Prezident bu hərbçiləri təltif etdi (SİYAHI) 18:14 | İSMAYILLI SƏHİYYƏSİ İNKİŞAF YOLUNDA 17:17 | «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL 18:57 | Dövlətə sədaqətli rəhbərliyin nümunəsi – Məzahir Əliyev 11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur










