İdman
ÇOX OXUNANLAR
7-06-2021, 06:00 Oxunub: 62507
Bu nə axmaq adamdır...?
"BÜTÜN MƏHSULLAR ÖZ MAYA DƏYƏRİNƏ SATILIR."
Bu reklamı oxuyanda, ilk ağlımdan keçən, beynimdə fırlanan qarmaqarışıq suallar içində, başlığa çıxardığım ifadə oldu.
Necə yəni öz dəyərinə...?
Bəs bunun yol pulu...?
Fəhlə əziyyətinin haqqı...?
Dövlətin dəyər vergisi...?
Bu cür aldadıcı reklamlarla yəqin ki, hamınız rastlaşmısınız. Mağaza, marketlərin reklam lövhələrində, hətda televiziya kanallarında görürsən ki, reklam roliki fırladılır ki, - "bütün məhsullar 50 % güzəştlə"...
Hətda əvvəlki qiymətiylə, indiki satış qiymətinidə deyirlər -" 680 manata olan soyducu, indi 450 manata"...
Burada 50% - lik endirim hanı..?
Adam düşünə - düşünə qalır...
Doğurdanmı, bu cür reklamlar həqiqətdir...?
Bəs bu tacirlərə, necə tacir demək olar ki, əziyyət çəkib gətirdikləri malı belə ucuz satır..?
Yaxın qardaşın, kimdənsə gətirdiyi bir misal haradansa yadıma düşdü.
-" AYƏ, BU HÖKUMƏT BİLSƏ Kİ, YERDƏN 1 MANAT PUL TAPMISAN, ONUN DA VERGİSİN SƏNDƏN TUTUB ALAR"
Bütün bunları fikirləş-fikirləşə nələri ağlımdan keçirdim...?
Bax, belə reklamlara aldanıb, fikirləşmədən ehtiyacmızı ödəmək üçün, heç nəyi nəzərə almadan gedib bütün ağır şərtlərlə həmin malı alırıq.
İkiqat pulun ödəyirik.
Xarab, zay olsa əlimizdə qalır.
Əgər xarab, zay məsulu sənə sırıyanlar geri götürmürlərsə lap dəhşət. Hətda utanmayıb gedib məhkəmədə idda qaldırıb, zay məhsula görə borcun tələb də edirlər...
Bilirsiniz nədir fikirim...?
Biz, içi mən qarışıq. Aldadıcı reklamı görüb, mənim kimi tacirləri "axmaq" adlandırırıq.
Ancaq, o "tələyə" düşəndə, o tacirlər bizə, - "bunlar lap bizdəndə axmaqdır ki"- deyib, bizə gülürlər.
İndi necə deyirsiniz...?
Biz " LAP" ından olaq...?
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Elxas Comərdov
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







