İdman
ÇOX OXUNANLAR
24-05-2021, 15:07 Oxunub: 2326
Utanmasan, oynamağa nə var ki...?

Ölkəmizdə fəaliyyət göstərən bu tip satış mağazalar şəbəkəsinin gözlərmizi və qulaqlarımızı yağır etmiş aldadıcı reklamına aldanıb, uşaqların istəyinə uyğun " 20 yanvar" Metro stansiyası yaxınlığında "Kontakt-Home" mağazalar şəbəkəsindən, 17.03. 2018-ci il tarixdə müqavilə əsasında " Hoffman" markalı mobil telefon götürdüm. Bir həftədən sonra eşitdim ki, telefon işləmir. İşlərimdən imkan tapıb telefonu götürdüyüm mağazaya apardım. Mənə mağazada bildirdilər ki, - "bizim "Nizami" metro stansiyasından aşağıda İXTİSASLAŞMIŞ təmir üzrə xidmət servismiz var. Aparın verin ora, düzəltsinlər."
Hələ ürəkləndirici bir fikirdə söylədilər ki, sizin "zəmanət" kartıniz var. Buna görədə müəyyən məbləğdə ödənişlər edirik. Düzü bu boyda mağazanın, bu cür xidmətinə etiraz əlaməti olaraq aşağdakı narazı fikirlərimi filal rəhbərliyinə bildirdim. Vətandaş yüksək kefiyyət, yüksək xidmət, vaxt məhdudluğunu azaltmaq, rahatlığna rəğmən aldadıcı reklamlara uyub, ağır şərtlərlə razılaşıb ehtiyacı olan malı, məhsulu alır. Vay o günə ki, həmin malda, məhsulda hər hansı bir çatışmamazlığ və ya xarablığ hiss edə. Qalacaq qapılarda. Necə mən qalmışam...
Nə isə, bundan sonra telefonu həmin servisdə düzəltdirib, ustadanda " sözlə" zəmanət aldım ki, həmin problemi bir daha yaşamayacağam. Bir həftədən sonra yenə həmin problemi yaşadım. Qulağımı, gözümü yağır etmiş aldadıcı reklamların tələsinə düşüb, bu dəfə evdəkilərin "təkliflər paketinin" beyin qabar edici sözlərinə məhkum oldum. Yenidən mağazaya gəlib bu məhsulu, malı dəyişmələrin, əvəzinə başqasını verilməsini xahiş etdim. Bunlar isə bunu edə bilməyəcəklərini diqqətimə çatdırdı. Məcbur oldum rəhbərliyin oturduğu ünvanı soruşdum. Axtarıb tapandan sonra rəhbərliklə görüşmək istədiyimi ofisin foyesində oturan "məlumat" bürosunda oturan xanıma çatdırdım. Foyedə oturan xanım bundan ötrü ilk öncə hüquqşünaslığ edən şöbə rəhbəri Əzim müəllimlə görüşüb, danışmaq lazım olduğun diqqətimə çatdırdı. Elə dayandığmız foedə otağında danışdıqlarını eşitdiyim Əzim müəllimin yanında olan, mənim kimi bir müştərinin (danışıqlarından eşitdiklərimə əsaslanıb deyirəm) çıxmasını gözlədim. Nəhayyət Əzim müəllimlə görüşüb istəklərimi ona çatdırdım. Əzim müəllim məndən bir həftə vaxt istəyib, rəhbərliyə mənim istəyimi məruzə edəcəyini, nə qərar veriləcəksə ondan sonra mənə zəng edib məlumat verəcəyini dedi. Bir həftədən sonra mən məcbur olub Əzim müəllimə rəhbərliyə mənim məsələmi məruzə etdikdən sonra qəbul etdikləri qərarın nə olduğun soruşdum. Artıq 3- cü ayın kredit şərtinə uyğun ödənişini də etmişdim. Əzim müəllim bildirdi ki, - "bəs rəhbərlik bildirib ki, kredit şərtinə, zəmanətinə uyğun aparsın yenə versin təmir üzrə servisə düzəltdirsin. Mən başa düşdüm və eşitdiklərimə uyğun (tanıdığlarımdan eşitmişdim ki, onlarında başına bu cür oyun açılıb, aparıb zay məhsulların, malların üstlərinə atıb çıxıb gediblər) məcburiyyət qarşısında qalıb, telefonu götürdüyüm filala gəlib, telefonu qanunlara uyğun AKT tərtib edərək geri götürmələrini xahiş etdim. Onlarsa bundan imtina etdi. Mən növbəti gün yanımda şahid gətirib, həm özümün şərlənməmə, həmdə qaytaracağım zay malı, məhsulu qoyub gedəcəyimə etibarlı təminat yaradım deyə qanunların verdiyi imkandan yararlanmağımı düşündüm. Hansı ki, hələ buna qədər başqa bir şahidin yanında bir dəfə də həmin filalın rəhbəriylə görüşmüşdüm. Mən bu cür, şahidimin yanında "Kontakt-Home" nin, mənə sırıdığı zay, kefiyyətsiz malını filalın rəhbərinin stolunun üstünə qoyub çıxdım....
Düzü buna qədər görüşdüyüm bütün rəsmi şəxslərə dəfəkərlə bəyan etmişdim ki, MƏN YANIMDA "XƏSTƏ" GƏZDİRMƏYƏCƏM Kİ...?
REKLAMIN TƏRS ÜZÜ - - "KONTAKT- HOME" ZAY MALINI SIRIMAĞ ÜÇÜN MÜŞTƏRİ AXTARIR" VƏ "QIZIL ZƏMANƏT" LƏ QIZIL-QIRMIZI MÜŞTƏRİ ALDADILIR. başlıqda yazılarla başıma gətirilənləri yazdım. Bununlada mən zay telefon üçün ödədiyim 118 manatı başıma dolayıb, haram xoşları olsun deyib arxasıyca getmədim və telefonların qaytardığımdan ödənişdə etmədim...
BUNDAN SONRA YAXIN ƏTRAFIMA, DOST - TANIŞIMA BU FİRMANIN ŞƏBƏKƏLƏRİNDƏN MAL GÖTÜRMƏMƏLƏRİNİ XAHİŞ ETDİM. BİR DƏFƏDƏ OLSUN O MAĞAZAYA BELƏ DÖNÜB BAXMADIM. HƏTDA HƏMİN MAĞAZAYA ÖDƏNİŞİ OLAN QONŞUMUN ÖDƏNİŞİN BELƏ GÖTÜRÜB MAĞAZAYA GEDİB ÖDƏMKDƏN DƏFƏLƏRLƏ İMTİNA ETDİM....
Amma Kontakt - home mağazalar şəbəkəsi utanmayıb dəfələrlə mənə mesaj göndırib zay məhsullarını sırımağa dəvət edirlər.
Başa düşdüm ki, utanmasan oynamağa nə var ki.....?
P. S. Abşeron rayon məhkəməsinin hakimi Cəmilə Səfiyeva "Kontakt-Höme" nin zay, kefiyyətsiz, məhsulların, malların özlərinə qaytarmağıma baxmayaraq, 3 ayda ödəniş etdiyim 118 manatımında onlarda olduğuna bilə-bilə qalan pulun tutulmasına, ödənilməsinə qərar çıxarıb.
Nəyin pulun ödəməliyəm...?
Pulun hissə-hissə, kredit şərtiylə ödəmək üçün müqavilə bağlayıb götürdüyüm malı, telefonu qaytarmışamsa (üstlərinə atıb getmişəmsə) mən nəyin pulun ödəməliyəm... ?
"Kontakt - Home" nəyin pulun istəyir...?
2 ildən sonra ağlına nə düşüb, nə fikirləşib...?
Hakim bəs nəyə əsaslanıb pulun ödənilməsinə, qaytarılmasına qərar çıxarıb...?
Elxas Comərdov
XƏBƏR LENTİ
14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş… 14:09 | İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov 18:31 | Təbrik edirik! 11:19 | Şərəfli ömür yolu 09:38 | Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı 09:35 | Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi - FOTO 22:54 | Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa… - TƏFƏRRÜAT 22:51 | PƏNCƏRƏLƏR 10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR