İdman
ÇOX OXUNANLAR
16-11-2019, 10:43 Oxunub: 2403
APA 15-ci İLİNDƏ

"Azəri-Press" Agentliyinin ( APA ) yaranmasından 15 il ötür.
"Azəri-Press" Agentliyi ( APA ) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən informasiya mübadiləsi aparır.
APA -nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İran-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA -ya eksklüziv müsahibələr veriblər.
APA -nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “ APA -Economics” bölməsi fəaliyyət göstərir.
" APA Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.
“ APA -Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. “ APA -Economics” Azərbaycana “renkinq mədəniyyəti” gətirib. “ APA -Economics”in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri “ APA -Economics”in tərtib etdiyi renkinqləri istinad mənbəyi kimi göstərir.
Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







