21-10-2019, 14:38 Oxunub: 2290

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində məlumatların idarə olunmasının daha da təkmilləşdirilməsi üçün Türkiyə təcrübəsindən yararlanır.

Komitədən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma nazirinin müavini Fatma Varankın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı üzrə baş direktor Mehmet Zeki Adlı, Coğrafi Məlumat Sistemləri üzrə baş direktor İsmail Tüzgen və digər nümayəndələr oktyabrın 21-də ölkəmizə ikigünlük təlim səfərinə gəliblər. Məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində interaktiv təcrübə mübadiləsi aparmaq, bu sahələrdə tətbiq edilən müasir elementlər, mexanizmlər, çağdaş dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələr həyata keçirməkdir. Həmçinin əmlak idarəçiliyi sahəsində ikitərəfli əməkdaşlığı daha da genişləndirmək, yeni birgə layihələr reallaşdırmaq da tədbirin əsas vəzifəsidir.

Təlim səfəri çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları və Türkiyənın Ətraf Mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələrdə olduğu kimi əmlak idarəçiliyində də innovasiyalar tətbiq olunur, yeni layihələr reallaşdırır, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, əmlak idarəçiliyi sahəsində yüksək nailiyyətlər əldə edir.

Bildirilib ki, ölkə başçısının müvafiq fərmanı ilə əmlak idarəçiliyi sahəsində Azərbaycanda həyata keçirilən ən iri layihələrdən biri də “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi”nin qurulmasıdır. Sistemin yaradılması zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə mütərəqqi texnologiyalardan istifadə olunur. Sistemdə torpaq sahələrinin dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyaları, mühafizə zonaları və digər zəruri məlumatlar əksini tapır. Sistem həmçinin torpaqların kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emal və idarə edilməsini təmin edir. Komitənin fəaliyyət sahələrindən olan daşınmaz əmlakın qeydiyyatı sahəsində də respublikamızda genişmiqyaslı islahatlar aparılır. Müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə daşınmaz əmlakın qeydiyyatı prosesi elektronlaşdırılır, sadə, eyni zamanda şəffaf və səmərəli qeydiyyat sistemi formalaşdırılır.

Daha sonra Türkiyənın Ətraf Mühit və Şəhərsalma nazirinin müavini F.Varank daşınmaz əmlakın qeydiyyatında və kadastrında Azərbaycan təcrübəsini yüksək qiymətləndirib, bu sahədə əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Həyata keçirilən qarşılıqlı səfərlərin, geniş təcrübə mübadiləsinin, ikitərəfli əlaqələrin hər iki ölkənin qeydiyyat və kadastr sistemlərinin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Nümayəndə heyəti təlimin ilk günü Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində əmlak idarəçiliyi sahəsində tətbiq edilən informasiya resursları, müasir proqram təminatları ilə tanış olub. Nümayəndə heyəti ilə komitə əməkdaşları arasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı interaktiv təcrübə mübadiləsi aparılıb. Aidiyyəti dövlət və bələdiyyə orqanları ilə “Elektron İnformasiya Sistemləri” vasitəsilə məlumat mübadiləsinin aparılması, arxiv işinin təşkili, arxivlərin elektronlaşdırılması, daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” sistemindən istifadə, o cümlədən məhkəmələr və banklar tərəfindən hüququn məhdudlaşdırılmasına (məhdudiyyət, yüklənmə) dair əməliyyatların aparılması təcrübəsinin öyrənilməsi, əmlaka həbs və qadağaların dövlət reyestrinə daxil edilməsi üçün məlumat bazasının elektron məhkəmə sistemi üçün açılması təcrübəsinin öyrənilməsi kimi məsələlər müzakirə olunub, bu sahələrdəki mövcud praktikalardan bəhs edilib. Qeyd olunub ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində aparılan islahatlar nəticəsində proseduralar sadələşir, tətbiq edilən yeniliklərin miqyası genişlənir, vətəndaş məmnunluğu təmin edilir. Bildirilib ki, ölkəmizdə dövlət reyestrindən çıxarışlar artıq elektron şəkildə hazırlanır, çıxarışların 1 iş günü müddətində verilməsi imkanı mövcuddur, bununla yanaşı, çıxarışlar elektron şəkildə arxivləşdirilir.

Təlimin ikinci günü daşınmaz əmlakın kadastrı və coğrafi məkan məlumatları sistemi sahəsindəki tətbiq edilən yeniliklər, bu sahədəki Türkiyə təcrübəsi öyrəniləcək. Türkiyədə Kadastr Məhkəmələrinin fəaliyyəti, torpaqların elektron kadastr uçotu haqqında, daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının qarşılıqlı inteqrasiyası və mövcud bazaların aktuallığının təmin edilməsi, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması, o cümlədən fasiləsiz fəaliyyət göstərən coğrafi mövqeləndirmə şəbəkəsinin idarə edilməsi məsələləri müzakirə ediləcək.

Ölkəmizdə ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotu işlərindən danışılıb. Bildirilib ki, elektron kadastr uçotu işləri nəticəsində əldə edilən məlumatlar əmlak idarəçiliyi, eləcə də digər sahələr üçün istinad və mənbə rolunu oynayır. Bu sahədə əldə olunan müfəssəl informasiyaların daşınmaz əmlakın reyestri sisteminə inteqrasiya edilməsi əmlakın qeydiyyatı ilə bağlı əməliyyatların daha dəqiq həyata keçməsinə imkan verir. Belə ki, torpaqların faktiki istifadə vəziyyəti ilə kadastr sənədlərindəki məkan göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır, qeydiyyat prosesi sistemli şəkildə həyata keçirilir. Bölgələrdə kadastr uçotu işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət və özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Bu işlərin icrası zamanı paralel olaraq torpağın keyfiyyət göstəriciləri də öyrənilərək toplanmış məlumatlar elektron bazaya daxil edilir. Yay otlaqlarının geobotanik, habelə torpaqların eroziya xəritələri tərtib edilir ki, bu xəritələr vasitəsilə də ərazilərin münbitliyi, torpaqların isə şorlaşmaya məruz qalması öyrənilir.

Təlim qarşılıqlı müzakirələrlə davam edib.
Sabahdan bal yarmarkası başlayır Sabahdan bal yarmarkası başlayır Gündəm / Sosial Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Qeyri neft-qaz sektorunda nə qədər artım olub? - RƏSMİ Gündəm / İqtisadiyyat Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? Qəzada vəfat edən azərbaycanlı biznesmen kim idi? Gündəm / Hadisə "FHN və Gömrük Komitəsi ləğv edilsin" - Ekspertlər "FHN və Gömrük Komitəsi ləğv edilsin" - Ekspertlər Gündəm / Sosial "FHN və Gömrük Komitəsi ləğv edilsin" - Ekspertlər "FHN və Gömrük Komitəsi ləğv edilsin" - Ekspertlər Gündəm / Sosial