İdman
ÇOX OXUNANLAR
19-11-2019, 17:42 Oxunub: 2336
Oqtay Gülalıyev İstanbuldakı Amerikan xəstəxanasına köçürülüb

Türkiyənin "Avrasiya" klinikasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan xəstəxanasına köçürülüb.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülaliyev öz "Facebook" hesabında məlumat verib.
"Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər", - T.Gülalıyev əlavə edib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.
Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















