İdman
ÇOX OXUNANLAR
26-11-2019, 16:01 Oxunub: 2387
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı AÇIQLAMA

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulun Amerikan Xəstəxanasında davam edir.
Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev Fondundan "Qafqazinfo"ya verilən məlumata görə, Avrasiya Xəstəxanasında aparılan müalicədən sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Fonda müraciət edib. Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda Fondun ekspert Şurası tərəfindən müzakirə olunmuş və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.
Heydər Əliyev Fondundan verilən məlumata görə, səhiyyə, o cümlədən səhhətində ağır durumlar olan şəxslərlə bağlı Fond tərəfindən göstərilən dəstəklər daxili qaydalara əsasən müalicənin gedişinə və dinamikasına uyğun olaraq dəyərləndirilir. Belə ki, həkimlərin mütəmadi, o cümlədən xəstəxana rejimində olan ağır xəstələrlə bağlı 10-20 gündən bir verilən rəyinə əsasən Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.
Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək ailəyə müvafiq köməklik göstərir.
Qeyd edək ki, Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva yoldaşının Türkiyədə müalicəsinə göstərilən dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







