İdman
ÇOX OXUNANLAR
26-09-2019, 17:09 Oxunub: 2363
Bakı dönərxanalarını kilosu 50 qəpiyə leş ət bürüyüb - FOTO
“Mən sizdən “Leş Tofiq"in adını eşidirəm. Belə adam tanımıram. Bizim ət təmizdir, halallığına əmin ola bilərsiniz. İndi kimsə millətə ölü, leş ətin dönərini satırsa, Allahı, vicdanı bilsin. İntəhası, ucdantutma hamıya aid eləmək olmaz ki, dönərxanalar murdar ətdən istifadə edirlər".
Dia.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a Bakıda dönərxana sahiblərindən biri danışıb: “Bir ”Leş Tofiq" söhbəti ortaya düşüb, əhalinin canına vəlvələ salıblar. Biz də camaata səslənirik ki, təmiz, qiyməti ucuz olmayan yerlərdən dönər alsınlar. Ola bilməz ki, 1 manatlıq dönərlə 3 manatlıq dönərin keyfiyyəti eyni olsun".
Amma dönərxana sahibinin nə deməyindən asılı olmayaraq, həqiqətdir ki, şəhərdə ucuz dönər doludur. Dönərin mədə-bağırsaq, xərçəng və s. xəstəlikləri yaratdığı barədə gecə-gündüz təbliğat, maarifləndirmə işləri aparılsa da, dönərxanaların sayı durmadan artır. Kimi 1 manatlıq dönərin üstündə ayran da təklif edir ki, başqa obyektlərdən fərqlənsin. Amma müştərilər nəzərə almırlar ki, bu qədər ucuz dönər və ayran keyfiyyətsiz, bişirilən ət isə ölü, murdar, leş ola bilər...
Şəhərdə kiçik bir reydimiz zamanı da şahid olduq ki, 1 manata satılan dönərxanalar daha çoxdur, nəinki 2-3 manatlıq olanlar. İddialar isə ondan ibarətdir ki, ucuz dönərlər əsasən bölgələrdən Bakıya gətirilən leş, xəstə ətlərdir. Hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bir neçə gün əvvəl lent.az-a açıqlamasında demişdi ki, dönərxanalarda leş ətdən istifadə halları var: “Dönərin təhlükəli tərəfi odur ki, ön hissə qızarır, ancaq içəri hissəyə isti çox gec keçir. Bu zaman da içərinin qanlı suyu aşağı təbəqələrə axır. Heyvan xəstəliklərini özündə daşıyan həmin su ətə qarışır və istehlakçıya verilir. Ancaq ət dondurmadan keçiriləndə həmin xəstəliklər yox olur. Yaxşı haldır ki, bu yaxınlarda leş mafiyası ifşa edilərək tutuldu. Azad İstehlakçılar Birliyi də 22 ildir ki, bununla mübarizə aparır. Leş mafiyasının əti təbii ki, dönərxanalara da gedib çatırdı. 2006-cı ildə quş qripi olan vaxtı, Səhiyyə Nazirliyi, ümumiyyətlə, toyuq əti dönərini qadağan etdi. Ancaq yenə dondurmadan keçən toyuq ətləri də dönər olaraq satılır”.
Eyyub Hüseynov leş əti biznesi ilə məşğul olanların AQTA-nı aldatdığını vurğulayaraq, ciddi monitorinqlərin lazım olduğunu deyib: “Leş əti satan şəxslərin də AQTA-dan sertifikatı var. Onlar agentliyə yaxşı əməllərini göstərirlər, ancaq arxada çirkin əməllərindən qalmırlar. AQTA-nın əli hər yerə çatır. Çox ciddi monitorinqlər aparmalıdır. Ancaq təəssüf ki, həmin şəxslərdə də agentliyin sertifikatı var”.
Onun sözlərinə görə, leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar. Qida Təhlükəsizliyi Agentliyi isə açıqlayıb ki, bu ilin iyul-sentyabr aylarında dönərdən zəhərlənmə ehtimalı ilə bağlı 12 müraciət daxil olub.
Mütəxəssislərin fikrincə, dönər bıçağının tez-tez itilənməsi insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları adətən poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəklində qalır. Fikir versəniz, görərsiniz ki, dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edir. Bu, çox böyük təhlükədir. Dönərin hazırlanmasına 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Bu, insan həyatı üçün çox təhlükəlidir. Amma dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.
Əgər sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində askarid və digər qurd yumurtaları olur. Askarid qurdunun yumurtası müəyyən istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı istilikdə ölürlər. Bir sözlə, dönər çiy olarsa, askarid yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen yaradır. Filtrli dönər bişirmə aparatlarından istifadə olunmalı və hissələri asanlıqla təmizlənməlidir.
Dönər bişirmə aparatları üzərində sorucu ventilyasiya qurğusu quraşdırılmalıdır. Onu da yada salaq ki, Avropa İttifaqı (Aİ) dönər və şaurma məhsullarının tərkibinə qatılan fosfatların insan sağlamlığına ziyan vurması səbəbindən onların satışına qadağa qoyacaq. Aİ-nin araşdırmaları sübut edib ki, bu fosfatlar ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Bundan başqa, dönər və şaurmanın hazırlandığı küçə kafelərinin sahibləri və çalışanları Aİ rəhbərliyinin bu məsələ ilə bağlı ittihamlarına etirazını bildiriblər. Sahibkarların bu məhsulların türk sahibkarların obyektlərində hazırlandığını bildirməsinə baxmayaraq, Aİ bu qidaların Almaniyada geniş yayıldığını iddia edir.
Habelə Mərkəzi Avropa ölkələrində dönərlər “tezbazar” deyil, oturaq yemək kimi qəbul olunur. Azərbaycanda isə dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır.
XƏBƏR LENTİ
10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi 13:32 | Uğurun zirvəsinə aparan yol – iş adamı Hasil Nurullayevin nümunəvi fəaliyyəti 19:36 | Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur? 18:20 | Prezident bu hərbçiləri təltif etdi (SİYAHI) 18:14 | İSMAYILLI SƏHİYYƏSİ İNKİŞAF YOLUNDA 17:17 | «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL 18:57 | Dövlətə sədaqətli rəhbərliyin nümunəsi – Məzahir Əliyev 11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur










