İdman
ÇOX OXUNANLAR
27-11-2019, 12:56 Oxunub: 2313
Pensiyaya çıxmaq üçün yaş həddi haqqında xəbər var

"Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir", bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: "Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik".
Deputat həmçinin "uşaq pulu" verilməsi məsələsini yenidən qaldırıb. O bildirib ki, onlar "uşaq pulu" ilə böyüyən nəsildir: "Uşaq pulunu ödəyə bilmirik deməyi doğru hesab etmirəm. Biz demirik ki, 18 yaşına kimi vermək lazımdır. Ancaq birbaşa "uşaq pulu" vermirik demək düzgün deyil. Sosial Müdafiə Nazirliyi bununla bağlı müəyyən təkliflərlə çıxış etməlidir".
V. Əhmədov həmçinin Dost Mərkəzlərinin yaradılmasını sorğulayıb. O qeyd edib ki, ölkədə çox ciddi "Dost Mərkəzləri" yaradılır: "Əgər Azərbaycanda elektron hökumət sisteminə keçilirsə, niyə əlavə mərkəzlərin yaradılmasına gedirik? Yerlərdə nazirliyin fondları, məşğulluq mərkəzləri var. Əlavə mərkəzlərin yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılması nə qədər məqsədəuyğundur?!"- o deyə vurğulayıb.
(qafqazinfo)
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







