İdman
ÇOX OXUNANLAR
12-05-2020, 10:35 Oxunub: 2341
Azərbaycanda hərbi təhsil “İSLAHATI”: - Magistratura sistemi və iki hərbi məktəb ləğv edildi?
Müdafiə Nazirliyinin nəzdində olan ali hərbi məktəblərdə köklü dətişikliklər həyata keçirilib.
Yenicag.az-a daxil məlumata görə, Müdafiə Nazirliyi rəhbərliyinin qərarına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddəti 1 ilə endirilib, hərbçilər üçün magistratura sistemi ləğv edilib, Hərbi Akademiyaya bu il daxil olan zabitlərə isə diplom əvəzinə, sertfikat veriləcək.
Nazirlikdə həyata keçirilən bu “təhsil islahatı”nı Yenicag.az-a dəyərləndirən ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə bildirib ki, buna qədər Hərbi Akademiyaya qəbul olan zabitlər idarəçiliklə bərabər, magistr təhsili də alırdılar:
“Ali Hərbi Məktəb bakalavr, Hərbi Akdemiya isə magistr təhsili verir. Hərbçilərin inkişaf etməsi üçün magistr təhsili mütləq olmalıdır. Atılan bu addım Azərbaycanda hərbi təhsilin məhvi deməkdir.
Bu barədə müdafiə nazirinin əmri var. Bu əmr Azərbaycan ordusunun elmi potensialına qarşı həyata keçirilən soyqırımıdır. Bilərəkdən belə bir addım atılır ki, zabitlərimiz savadsız olsunlar. Açıq deyirəm ki, bu addım ordunun məhvinə hesablanıb. Ölkə rəhbərliyinə üz tutaraq, bu məsələyə təcili müdaxilə olunmasını xahiş edirəm”.
Məlumata görə, Müdafiə Nazirliyinin “təhsil islahatı” nəticəsində Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri də ləğv edilərək, Ali Hərbi Məktəbin tərkibində fakültəyə çevriliblər.
Qeyd edək ki, rəsmi olaraq məsələyə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı xəbəri təkzib edib.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







