İdman
ÇOX OXUNANLAR
5-11-2019, 16:32 Oxunub: 2364
“Terrorçuluqla mübarizədə Azərbaycan Türkiyəni dəstəkləyir” — Zakir Həsənov

Noyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Ölkə.Az" Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Müdafiə naziri ölkələrimiz arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğundan danışıb.
O bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir. Türkiyə xalqının rifahı uğrunda terrorçuluqla mübarizədə şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyən Z.Həsənov separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəklədiyini diqqətə çatdırıb.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparıldığını qeyd edib. Nazir, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Korgeneral M.Gürak də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.
Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







