İdman
ÇOX OXUNANLAR
3-03-2021, 15:13 Oxunub: 2340
Hərbçilərin maaşına edilən əlavələr şəraitə görə hesablanacaq-Ekspert açıqladı..

Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi tərəfindən hərbçilərimizin maaşına 50 və 100 faiz əlavələr edilib.
Hərbçi ekspert Ədalət Verdiyev bu artımın şəraitə görə hərbçilərin maaşlarına əlavə edildiyini bildirib:
“Təbii ki, hərbçilərin maaşlarının artırılması müsbət addımdır. Çünki ordunun sayı artıb, son səfərbərliklə bağlı iki çağırışın heç biri tərxis olmayıb. Yəni bir il yarım xidmət edənlər, hazırda iki il xidmət etdilər. Yəni istənilən halda orduya çəkilən xərclər artıb. Atılan bu addımlar hissə və birliklərin yerləşdiyi ərazinin və əməliyyat şəraitinin dəyişməsini nəzərə almaqla, müharibədən sonrakı təhdidlər, xidmət xüsusiyyətləri və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınmaqla əlavələrin ödənilməsini nəzərdə tutur.
Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib, yəni əvvəlki ön xəttə xidmət edən hərbçilərin maaşı olduğu kimi bərpa edildi. Digər hərbi hissələr hansı ki, azad olunmuş ərazilərdə yerləşir, məsələn, Füzuli rayonunda yerləşən hərbçilərimiz düşmənlə birbaşa təmasda və yaxud sərhəddə durmur, onlarda 50 faiz əlavə alacaqlar. Bu 50 faiz artım şəraitin mürəkkəbliyi nəzərə alındığı üçün ödəniləcək. Yəni həmin ərazidə yaşayış fondu, ev, kazarma hələlik yoxdur. Həmin ərazidə müasir tələblərə uyğun hərbi infrastruktur qurulana qədər hərbçilərimiz 50 faiz artımı alacaqlar. Əmrin sonunda “müddətdli əlavə” ifadəsi də bu əlavələrin mövcud təhdidlərə, xidmət xüsusiyyətləri və məişət şəraitinə bağlı olduğunu göstərir.
Dolayısı ilə adı çəkilən təhdidlər və digər problemlərin mövcud olduğu müddətdə ödəniləcək”.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







