4-10-2019, 17:41 Oxunub: 2383

Tanınmış ekspert Bakıda tıxacların azaldılması yollarını söylədi

Tanınmış ekspert Bakıda tıxacların azaldılması yollarını söylədi

“Bakıda, son zamanlar isə Xırdalanda insanları yoran, saatlarla küçələrdə keçirməyə məcbur buraxan tıxacların səbəblərini rəsmi şəxslər, onların arqumentlərini müdafiə edən media-ekspert qrupu avtomobillərinin sayının həddən artıq çox olması ilə izah edirlər. Hazırda rəsmi statistikaya görə, Bakıda hətta qeydiyyatsız yaşayan əhali nəzərə alınsa belə, əhalinin hər 1000 nəfəri hesabı ilə bütün növdən olan avtomobillərin sayı 250 ədəddən çox deyil.”
Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev səsləndirib.

“Halbuki qüvvədə olan şəhərsalma standartlarına görə, bu sayın 300-dək olması normadır. Yəni ictimai nəqliyyat şəbəkəsinin effektiv qurulduğu, yol infrastrukturunun düzgün tikildiyi şəraitdə, hər 1000 nəfərə 300 ədəd avtomobil yolverilən saydır.

Rövşən Ağayev
Şəhərsalma standartlarının 8.3-cü maddəsinə görə, iri və böyük şəhərlərdə hər 1000 nəfərə 3-4 taksi, 250-dək minik avtomobili, 40-dək iritutumlu avtomobil sayı normadır. Orta ölçülü və kiçik şəhərlərdə həmin normalar daha aşağıdır.

Standartlarda taksidən savayı digər ictimai nəqliyyat növlərinin sayının necə müəyyən edilməsi də əksini tapıb. 8.30-cu maddəyə görə, sürətli olmayan, adi sürət rejimində çalışan nəqliyyat vasitələrində sərnişin salonu döşəməsinin hər kv. merti üçün 4 nəfər, sürətli nəqliyyat vasitələrində isə 3 nəfər olmaqla ictimai nəqliyyata tələbat hesablanmalıdır.

İri və böyük şəhərlərdə ərazinin hər kv.kilometrinə (hər 100 hektara) 4.5 km uzunluqda ictimai nəqliyyatın hərəkət etdiyi yol (xətt) şəbəkəsi düşməlidir. Məsələn, Xırdalanda 1500 hektar məskunlaşma ərazisi varsa, icitmai nəqliyyat yollarının uzunluğu azı 70 km təşkli etməlidir.

Əgər bu standarta əməl edilərsə, şəhərin istənilən nöqtəsində bütün sakinlərin ictimai sərnişin nəqliyyatının ən uzaq dayanacağına qədər piyada gedişi məsafəsinin də 400 m-dək olması təmin edilər(8.33-cü maddə). Eyni zamanda, 8.35-ci maddəyə görə, sərnişinlərin nəqliyyat dəyişməsi üçün vaxt, nəqliyyatı gözləmə müddəti nəzərə alınmaqla, 3 dəqiqədən artıq olmamalıdır.

Çıxan nəticə: qüvvədə olan standartlar göstərir ki, ictimai nəqliyyat şəbəkəsinin və yol infrastrukturunun təşkililə bağlı qüvvədə olan şəhərsalma normalarına əməl edilsə, maşın parkının hazırkı sayı ilə Bakı və ətrafında tıxaclar indiki ölümcül vəziyyətə çıxmaz”.

Bizimyol.info
Maaşı 1000 manatdan çox olan nə qədər müəllim var? - RƏSMİ Maaşı 1000 manatdan çox olan nə qədər müəllim var? - RƏSMİ Gündəm / İqtisadiyyat Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR Gündəm / Sosial Azərbaycanlı xanımın adı ən nüfuzlu insanları siyhısına salındı - Foto Azərbaycanlı xanımın adı ən nüfuzlu insanları siyhısına salındı - Foto Gündəm / Maraqlı Bakıda dəhşətli qəza anı: "Mercedes" ara məsafəsini düzgün seçmədi və... Bakıda dəhşətli qəza anı: "Mercedes" ara məsafəsini düzgün seçmədi və... Gündəm / Kriminal Bakıda törədilmiş qətlin üstü açılıb - RƏSMİ Bakıda törədilmiş qətlin üstü açılıb - RƏSMİ Gündəm / Kriminal
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim