İdman
ÇOX OXUNANLAR
22-05-2021, 11:59 Oxunub: 62310
Bakıda onkologiya üzrə beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Amerika Kliniki Onkologiya Cəmiyyəti və "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 21-də Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş "Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılması və 80 il ərzində keçdiyi tarixi yol haqqında konfrans iştirakçılarına məlumat verib. C.Əliyev bildirib ki, ölkəmizdə onkoloji xidmətin yüksək səviyyəyə çatması, səmərəliliyinin dinamik şəkildə artması və ən müasir standartlara cavab verməsi bu sahədə çalışan mütəxəssislərin gərgin əməyi, xüsusilə ölkə rəhbərliyinin daimi diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Son illər ərzində onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası üçün yaradılmış şərait, neyrocərrahiyyə, torakal cərrahiyyə, onkoginekologiya, onkourologiya və onkohematologiya şöbələrinin yaradılması, ABŞ-ın "Varian” şirkətinin ən qabaqcıl texnologiyası əsasında qurulmuş stereotaktik şüa terapiyası mərkəzinin təsis edilməsi, ilk dəfə Nüvə Təbabəti Mərkəzinin yaradılması Azərbaycan Respublikası Prezidentinin onkoloji xəstələrə diqqət və qayğısının bariz nümunəsidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkoloji Klinikası isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün yüksək keyfiyyətli cərrahiyyə, kimya terapiyası və şüa terapiyası xidmətlərini təmin edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikultiralizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirərək, konfransın işinə uğurlar arzulayıb. Təbrik məktubunda xüsusi olaraq vurğulanıb ki, dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislərin qatıldığı, onkologiya üzrə bu mötəbər elmi konfransın ölkəmizdə keçirilməsi, Azərbaycanın onkoloji xəstəliklərlə mübarizədə daim artan nüfuzunun göstəricisidir.
Tədbirin davamında Azərbaycanda onkologiyanın inkişaf tarixindən, müasir onkologiyanın əldə etdiyi nailiyyətlərdən söz açılmış, Səhiyyə nazirinin birinci müavini, Səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev, Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Soltan Məmmədov, İngiltərənin Oksford Universitetinin professoru Devid Kerr, ABŞ-nin
Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti professor Culi Qralou, Türkiyənin Hacettepe Universitetinin professoru Suayib Yalçın və digər məruzəçilərin çıxışları dinlənilib.
Konfrans öz işini Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssisləri, həmçinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Qərbi Virciniya Universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin, İtaliyanın Genoa Universitenin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssislərinin bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsində ənənəvi və müasir müalicə metodları ilə yanaşı, müasir diaqnostika və müalicə metodları, bu sahədə aparılan elmi araşdırmalar, əldə olunan nəticələr barədə müzakirə və təqdimatlarla davam etdirib.
aia.az




XƏBƏR LENTİ
10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi 13:32 | Uğurun zirvəsinə aparan yol – iş adamı Hasil Nurullayevin nümunəvi fəaliyyəti 19:36 | Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur? 18:20 | Prezident bu hərbçiləri təltif etdi (SİYAHI) 18:14 | İSMAYILLI SƏHİYYƏSİ İNKİŞAF YOLUNDA 17:17 | «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL 18:57 | Dövlətə sədaqətli rəhbərliyin nümunəsi – Məzahir Əliyev 11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur










