İdman
ÇOX OXUNANLAR
2-07-2021, 10:26 Oxunub: 92395
2 iyul Azərbaycan Polisi Günüdür
Azərbaycan polisi barəsində nə qədər xoş söz desək, azdır. Əlbəttə bu şərəfli vəzifəni daşıyanlar bəzən haqsız tənqidlərlə üzləşirlər. Ancaq onlar dövlətin milli maraqlarının müdafiəsində, asayişin qorunmasında, vətəndaşların təhlükəsiz şəraitdə rahat yaşamalarının təminatında, cinayətkarlıqla mübarizədə, işğalda olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın müdafiəsi, azadlığı uğrunda gedən döyüşlərdə nə qədər cəsarət, səbr, inam, sevgi göstərə bilirlərsə, elə bir o qədər də bütün vətəndaşları anlayışla, hörmətlə, məhəbbətlə qarşılayır, ictimaiyyətin daha xoşbəxt yaşaması üçün canlarından keçməyə hazır olduqlarını təvazökarcasına göstərməyi bacarırlar.
Polis həmişə ən ağır peşə olub. Onu seçmək özü qəhrəmanlıqdır. Əgər sən polis olmağa qərar vermisənsə, deməli, artıq müdrik düşüncə tərzinə maliksən. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun unudulmaz fikirlərindən birini xatırlatmasaq olmaz: "Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır”.
Hörmətli nazir Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-cu ilin buraxılışına həsr olunmuş təntənəli mərasimdə söyləyib. Nazirin gələcəyin polis zabitlərinə yüksək səviyyədə tövsiyə ünvanlaması onların yaddaşına əbədi həkk olunur.
Keçmiş akademiya tələbəsi polis zabiti kimi fəaliyyətə başlayanda nazirin bu tövsiyəsini əsas götürür deyə, Azərbaycan dövlətinin rifahı naminə yorulmadan ölkəsinə, vətəndaşına xidmət göstərir. Polisin vərandaşlara qarşı layiqli davranışı, sağlam cəmiyyətin formalaşması naminə vəzifəsini sadəqətlə icra etməsi hər addımda qarşılaşdığımız sübuta ehtiyacı olmayan aksiomadır.
Polissiz bir günümüz olmasın. Pafoslu səslənsə də, həqiqətdir və polissiz bir günü təsəvvür edə bilsəniz, gözləriniz qarşısında xaos canlanacaq, isterik vəziyyət yaşayan insanların şəhərin küçələrində törətdikləri qeyri-insani hərəkətlər ikrah hissi yaradacaq. Polis səliqə-səhman yaratmağı, rahat yaşatmağı, azadlığı qorumağı qürurla həyata keçirən şərəfli peşə sahibidir.
Cəmiyyətin hər bir üzvü bu peşənin sahiblərinə böyük sayğı ilə yanaşmalı, qarşılıqlı hörmət bəsləməlidir. Polislər həmişə narahatdırlar. Onlar öz rahatlıqlarını cəmiyyətin sabitliyinə qurban verirlər. Yatmırlar, dincəlmirlər, asayişi qorumaqla ölkənin inkişafına bir başa təkan verirlər.
2 iyul tarixi təkcə polis işçilərinin deyil, cəmiyyətin hər bir üzvünün də fəxrlə qeyd etməli olduğu bir gündür. Respublikada ictimai asayişin qorunması, qanunların icrasındakı pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatına nail olunması ölkəmizin uğurudur. Bütün bunlarda Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Karantin rejimində isə polisin üzərinə daha ağr məsuliyyət düşdü. Həm qayda pozuntularının qarşını almaq, həm də dünyada tüğyan edən bəlanın ölkə ərazisində genişlənərək insanların amansız xəstəliyə yoluxmasının qarşısında sipər kimi şərəfli missiyanı Azərbaycan polisi yerinə yetirdi. Bu dövrdə polis insanların xilası naminə özünü fəda etdi desək, yanılmarıq. Tibb işçiləri ilə yanaşı polislərin də qəhrəmanlar kimi təqdim olunması cəmiyyətin onlara göstərdiyi adekvat münasibətin göstəricisidir.
Polislərin daha bir unudulmaz qəhrəmanlığı Ermənistan tərəfindən işğal olunan torpaqların azadlığı uğurunda 44 günlük Vətən müharibəsində yaşandı. Qarabağda və Ermənistanın işğal etdiyi digər rayonlarla sərhəd ərazilərdə təxribatların qarşısının alınmasında müstəsna xidmətlər göstərən polislər hərbçilər qədər müharibə acısı, ağrısı yaşadılar və ordumuzla birlikdə qalib gəldilər.
Hər günün mübarək olsun, Azərbaycan polisi. Cəmiyyət nə qədər azad, rahat, təhlükəsizdirsə, siz də o qədər xoşbəxtsiniz. Xoşbəxtliyin daimi olsun, BİZİM POLİS!
qanunvekriminal.az
XƏBƏR LENTİ
18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118 12:15 | Dövlətə sədaqət, xalqa xidmət nümunəsi: Polis polkovniki Cavid Muradovun fəaliyyət yolu 19:52 | Nümunəvi rəhbər və xeyirxah insan: “Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənovun həyat yolu və ictimai missiyası 21:24 | Əziz Nərgiz xanım – 65 illik ömrün müdrikliyi və nəcibliyi 10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi









