İdman
ÇOX OXUNANLAR
1-10-2019, 11:33 Oxunub: 2395
"Eşqin Quliyevdə QİÇS aşkarlanmışdı" - AÇIQLAMA

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Müalicə Müəssisəsində xüsusilə ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum edilmiş Quliyev Eşqin Zahid oğlunun ölüm səbəbi ilə sosial şəbəkələrdə yayılan xəbərlərlə bağlı daha bir açıqlama yayıb.
Unikal.org xəbər verir ki, yayılan məlumatda bildirilir:
"Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bildirir ki, əvvəllər banditizmdə - silahlı qruplar tərəfindən odlu silahdan istifadə etməklə törədilmiş basqınlarda iştirak etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilmiş E.Quliyev azadlığa çıxdıqdan sonra Gəncə hadisələrində mütəşəkkil cinayətkar dəstə tərkibində iki nəfərin xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar öldürülməsində, terrorçuluğun və digər xüsusilə ağır və ağır cinayətlərin törədilməsində təqsirli bilinərək məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq təcridxanasına daxil olarkən E.Quliyevdə aparılmış tibbi müayinə nəticəsində ağır xroniki – QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu ("SPİD" xəstəliyinin sonuncu IV mərhələsi), viruslu hepatit B və C və digər xəstəliklər aşkar olunub.
Bununla əlaqədar E.Quliyevin sağlamlıq durumu istintaq təcridxanasında daim həkim nəzarətində saxlanılıb və ona əvvəlcə zəruri ambulator yardım göstərilib, lakin xəstəliyi ağırlaşdığından o, stasionar şəraitdə müalicə olunmaq üçün Müalicə Müəssisəsinə keçirilib.
İntensiv müalicə tədbirlərinin görülməsinə baxmayaraq narkomanlıqdan əziyyət çəkən E.Quliyev müalicəsi tam mümkün olmayan kəskin infeksion xəstəliklərə düçar olduğundan səhhəti ağırlaşmaqda davam edib və o, QİÇS, viruslu Hepatit B və C, qan laxtalanmasının pozulması, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığından sentyabrın 29-da Müalicə Müəssisəsində vəfat edib.
Ölüm faktı ilə bağlı qanuna uyğun olaraq prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
Penitensiar xidmət mərhumun ailəsinə başsağlığı verərək təəssüflə bildirir ki, sosial şəbəkələrdə müxalifət qüvvələri cəfəng fikirlər söyləyərək mərhumun guya fiziki zorakılığa məruz qaldığından ölməsi kimi qələmə verməklə cəmiyyətdə çaşqınlıq yaradır, dövlət orqanlarının fəaliyyətinə kölgə salır, öz çirkin siyasi məqsədləri naminə mərhumun ailəsinə mənəvi iztirab yaşadırlar".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







