İdman
ÇOX OXUNANLAR
30-09-2019, 18:18 Oxunub: 2381
Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdi

Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verib.
AZXEBER.COM xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayon sakini Pərviz Həbibovun öldürülməsi faktı üzrə prokurorluq orqanlarında tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirləndirilən şəxs Ələkbər Ağakişiyevin məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cinayətin guya ört-basdır edilməsi, sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə dair informasiyalar yayılmışdır. Həmin məlumatlar həqiqəti əks etdirmmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur və ictimai rəyi çaşdırmaq, prokurorluq orqanlarının nüfuzuna kölgə salmaq məqsədi güdür.
Belə ki, Azərbaycan Həndbol Federasiyasının baş hakimi vəzifəsində işləmiş Ələkbər Ağakişiyevin, bacısının nişanlısı Pərviz Həbibovu ailəsinin ünvanına nalayiq sözlər işlətməsinə görə qisas almaq məqsədi ilə 21 iyun 2018-ci il tarixdə döyərək xəsarət yetirməsi nəticəsində sonuncunun 28 iyun 2018-ci il tarixdə yaşadığı ünvanda vəfat etməsi faktına görə Ə.Ağakişiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə cinayət işi üzrə istintaq tamamlanaraq 24 yanvar 2019-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə Ə.Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Həmin hökm qanunsuz hesab edildiyindən Ə.Ağakişiyevin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə tərəfimizdən apellyasiya protesti verilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.
Baş Prokurorluq olaraq həmin qərarla razılaşmayaraq 13 sentyabr 2019-cu il tarixdə tərəfimizdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verilmişdir.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







