İdman
ÇOX OXUNANLAR
14-08-2021, 15:19 Oxunub: 2307
Ağdamın gerbinin hazırlanması üçün elan verildi

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb.
Elanda deyilir:
"Əziz vətəndaşlar və dünya azərbaycanlıları!
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinində bərpa və yenidənqurma işlərinin müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə görülən tədbirlər çərçivəsində Ağdam şəhərinin gerbinin hazırlanmasının olduqca mühüm əhəmiyyəti var.
Bunu nəzərə alaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi olaraq, əziz vətəndaşlarımızı və dünya azərbaycanlılarını bu işdə bizə dəstək olmağa çağırırıq.
Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Gerbin hazırlanması ilə əlaqədar tələblər:
1. Gerb hazırlanarkən Ağdamın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa aid olması, şəhər və rayonun uzaq keçmişi, yaxın (müasir) tarixi hadisələri, mədəni xüsusiyyətləri göstərilməli və heraldikanın tələblərinə uyğun tərtib edilməlidir.
2. Layihə təklifləri 2021-ci il 15 sentyabr tarixindən gec olmayaraq [email protected] e-mail ünvanına göndərilməlidir.
3. Eskiz aşağıdakı tələblərə uyğun olaraq göndərilməlidir:
a. Eskiz Microsoft Word (.docx və ya .doc) faylına daxil edilməlidir;
b. Gerbin bütün elementləri – ümumi forma, rəmzi işarə və simvollar, rənglər həmin Microsoft Word (.docx və ya .doc) faylında yazılı şəkildə təsvir və izah edilməlidir;
c. Eskiz müəllifinin adı, soyadı və əlaqə nömrəsi həmin Microsoft Word (.docx və ya .doc) faylında göstərilməlidir.
4. Elektron məktub göndərilərkən mövzu bölməsinə "Ağdam gerb eskizi” yazılmalıdır.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







