İdman
ÇOX OXUNANLAR
27-10-2021, 12:15 Oxunub: 112270
"Vəkillərin vəsatətlərini əsaslandırmadan rədd edən hakimlərlə bağlı ciddi ölçü götürülüb""

"Vəkil vəsatətlərinin əsaslandırılmadan rədd olunması problemi Məhkəmə-Hüquq Şurasının diqqət mərkəzindədir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Sədr qeyd edib ki, bu gün videokonfrans formatında Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib:
"Qanunvericiliyin tələblərinə zidd olaraq vəkil vəsatətlərini əsaslandırmadan rədd edən hakimlərlə bağlı ciddi ölçü götürüldü, Azərbaycan Respublikasının Ali Məhkəməsinin təqdimatına əsasən bir məsələ üzrə intizam icraatına başlanıldı, başqa bir intizam icraatı işi üzrə isə Ali Məhkəmənin xüsusi qərarına əsasən qanun pozuntusuna yol verən hakimlər intizam məsuliyyətinə cəlb olundu".
A.Bağırov vurğulayıb ki, ədalət mühakiməsi üçün müstəsna əhəmiyyət kəsb edən vəkil vəsatətlərinin qanunamüvafiq qaydada baxılması məsələsi bundan sonra MHŞ-nın diqqət mərkəzində olacaq:
"Həmçinin vəkil vəsatətlərini əsaslandırmadan rədd edən hakimlər barədə qəbul edilən qərar preventiv tədbir kimi bütün məhkəmələrə göndəriləcək. Öz növbəmdə vəkillərin haqlı narazılığına səbəb olan vəsatət problemini Məhkəmə-Hüquq Şurasının diqqətinə çatdırdım və problemin həlli üçün xüsusi prinsipiallıq göstərən Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə vəkil korpusu adından minnətdarlığımı bildirdim".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







