İdman
ÇOX OXUNANLAR
22-02-2022, 15:30 Oxunub: 2253
Təhsil naziri Emin Əmrullayev Gürcüstanda növbəti görüşlər keçirib
Fevralın 22-də təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüş zamanı Emin Əmrullayev iki ölkə arasında digər sahələrdə olduğu kimi təhsil sahəsində də sıx əməkdaşlığın mövcud olduğunu bildirərək, bu əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib. Həmçinin Azərbaycan və Gürcüstanda müvafiq olaraq gürcü və Azərbaycan dillərində tədrisin dəstəklənməsi, pedaqoji kadrların ixtisasartırmasına yönəlik birgə fəaliyyətin təşkili məsələləri müzakirə edilib.
Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti tədris Azərbaycan dilində aparılan Tbilisi şəhəri 73 nömrəli məktəbi, həmçinin Qardabani regionunda 3 nömrəli məktəbi ziyarət edib. Nümayəndə heyəti hər iki müəssisədə yaradılan şəraitlə tanış olub, məktəblərin müəllim-şagird heyəti ilə görüşüb.
Emin Əmrullayev həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze ilə də görüşüb. Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparıb.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







