İdman
ÇOX OXUNANLAR
23-02-2022, 11:00 Oxunub: 2396
"Zəngəzur" tankerinin təmiri başa çatıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankerinin tərsanə təmiri başa çatıb.“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri aparılıb.
Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri də yerinə yetirilib. Həmçinin, yeni borular quraşdırılıb.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yaxın günlərdə Türkmənistandan xam neftin daşınmasına cəlb ediləcək.
Qeyd edək ki, “Zəngəzur” tankerinin uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
XƏBƏR LENTİ
16:59 | Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimatı keçirilib 21:08 | Mirziyoyev İlham Əliyevi təbrik etdi 20:56 | Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı 20:53 | Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı 20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim







