İdman
ÇOX OXUNANLAR
21-02-2022, 12:00 Oxunub: 2388
Dövlət Dəniz və Liman Agentliyi diplomların verilməsi prosesini sadələşdirdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində həyata keçirilən islahatların davamı olaraq sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kran operatoru) üzrə hazırlığı bitirmiş şəxslərə sertifikatın (diplomun) verilməsi prosesi sadələşdirilir. Belə ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə “Uyğunluq haqqında Şəhadətnamə” verilmiş, sıravi heyət hazırlığını həyata keçirən təlim-tədris müəssisəsində təşkil olunmuş buraxılış imtahanlarından müvəffəqiyyətlə keçən şəxslər Agentlikdə sertifikatın (diplomun) verilməsi üçün keçirilən imtahandan azad olunurlar.
Müdavimlərin təlim-tədris mərkəzlərində hazırlıq kurslarını bitirməsi haqqında müvafiq sənədləri əsasında onlara Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın II/4-cü, III/4-cü, III/7-ci qaydalarının tələblərinə uyğun olaraq və milli qanunvericiliyə əsasən dənizçi vəzifələri üzrə sertifikatlar (diplomlar) veriləcək.
Məlumat üçün bildirmək istərdik ki, bu islahata qədər sıravi heyət ixtisasları üzrə hazırlığı bitirən şəxslər ilk dəfə sertifikat (diplom) almaq üçün Dövlət Dəniz və Liman Agentliyində təşkil olunan test imtahanlarında iştirak etməli idilər.
Əlavə edək ki, islahatlar çərçivəsində daha öncə komandir heyəti üzvləri eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün təkmilləşdirmə kurslarını bitirdikdən sonra Agentlikdə keçirilən imtahanlardan azad edilmişdi.
Eyni zamanda bildiririk ki, imtahan prosesinin və suallarının təkmilləşdirilməsi üçün Dövlət Dəniz və Liman Agentliyində ekspert komissiyasının yaradılmasına dair qərar qəbul edilib. Bu barədə ictimaiyyətə tezliklə əlavə məlumat veriləcək.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu









