İdman
ÇOX OXUNANLAR
26-11-2019, 14:49 Oxunub: 2394
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizm toplantısında təmsil olunur

Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm sahəsində əməkdaşlıq üzrə işçi qruplarının birgə toplantısı başlayıb.
Toplantıda Dövlət Turizm Agentliyinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti ilə birgə 11 üzv ölkənin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri iştirak edirlər.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, birgə toplantıya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides və Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni də qatılıb.
Tədbir çərçivəsində “Böyük İpək Yolu”nda vahid turizm marşrutu, şərabçılıq turizmi, BMT-nin Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq, beynəlxalq film festivallarında iştirak, QDİƏT üzv ölkələrində turizm tədbirləri və yarmarkaları, təşkilata üzv dövlətlərin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxilolma və namizədlik siyahısı kimi məsələlər müzakirə edilir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu









