İdman
ÇOX OXUNANLAR
13-11-2019, 12:01 Oxunub: 2512
Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək

Türkiyə noyabrın 14-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək VIII Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək. AZƏRTAC xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz söyləyib.
Nazir müavini qeyd edib ki, Rusiyanın şimal paytaxtının “Rodina” kinoteatrında nümayiş olunacaq filmlər rus dilində subtitrlərlə təqdim ediləcək. Tük filmlərinin nümayişi Kann kino festivalında göstərilmiş “Vəhşi qrup” ekran əsəri ilə başlayacaq. Özkan Yavuz əlavə edib ki, Rusiyada Türkiyənin seriallarına və filmlərinə böyük maraq var. Bundan başqa, bu il türk kinematoqrafçıları Moskva Kino Festivalının fəxri qonağı olublar.
Türkiyəli nazir müavini xatırladıb ki, 2019-cu ildə hər iki ölkədə keçirilən Rusiya-Türkiyə Mədəniyyət İli çərçivəsində mədəniyyət, habelə turizm sahəsində bir sıra tədbirlər keçirilib. “Nazir Məhmət Nuri Ərsoy iki dəfə Moskvaya səfər edib. İki ölkə arasında mədəni əlaqələrin inkişafı xalqlarımızı da məmnun edir”, -deyə o əlavə edib.
Xatırladaq ki, çarpaz Mədəniyyət İli aprelin 8-də Rusiya və Türkiyənin nazirlərinin iştirakı ilə açılıb. Bu çərçivədə konsertlər, teatr və sirk tamaşaları, sərgilər təşkil olunub. Noyabrın 21-də isə Rusiyanın Əməkdar artisti, pianoçu Andrey Pisarev Türkiyənin Prezident Simfonik Orkestrinin müşayiəti ilə Türkiyədə konsert verəcək.
Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “Xüsusi proqram” statusu çərçivəsində iştirak edir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







