İdman
ÇOX OXUNANLAR
30-10-2019, 10:55 Oxunub: 2484
Azərbaycan Gürcüstanla, eləcə də müxtəlif ölkələrlə mədəniyyət sahəsində layihələr reallaşdırır

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Badri Maysuradze ilə görüşüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Qarayev mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Badri Maysuradze Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı mədəniyyətin ayrı-ayrı sahələri, xüsusən teatr sahəsində yaradıcılıq mübadiləsi ətrafında məsələlər müzakirə olunub.
Nazir Əbülfəs Qarayev diqqətə çatdırıb ki, Azərbaycan Gürcüstanla, eləcə də müxtəlif ölkələrlə mədəniyyət sahəsində layihələr reallaşdırır. Teatr, elmi araşdırmalar, musiqi, rəssamlıq, opera, xoreoqrafiya və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Yaradıcı gənclər birgə layihələrdə yaxından iştirak edirlər. Birgə tamaşalar, dirijorların orkestrlərlə çıxışları, aktyor və musiqiçilərin səfərləri bu əməkdaşlıq sahəsində mədəniyyətləri bir-birinə yaxın edir.
Nazir qonağa ölkəmizin zəngin mədəniyyəti haqqında məlumat verib. Bildirib ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsin qorunması və bu istiqamətdə beynəlxalq əlaqələrə xüsusi önəm verilir.
Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Badri Maysuradze vurğulayıb ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir və Gürcüstanın incəsənət xadimləri bu festivallarda hər zaman fəal iştirak etməyə hazırdır.
Görüşdə iştirak edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də ölkələrarası əlaqələrdə mədəniyyətin xüsusi yeri olduğunu vurğulayıb, səfirlik olaraq bu yöndə layihələrə dəstək verdiklərini deyib.
Sonda hər iki ölkənin rayonlarında qarşılıqlı mədəniyyət dərnəklərinin yaradılması istiqamətində yeni layihələr və müxtəlif istiqamətlərdə kadr hazırlığı sahəsində görülə biləcək işlər haqqında söhbət aparılıb.
XƏBƏR LENTİ
21:08 | Mirziyoyev İlham Əliyevi təbrik etdi 20:56 | Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı 20:53 | Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı 20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı










