7-03-2022, 16:00 Oxunub: 22 289

Nəcib bir insan-Zərifə Quliyevanın şərəfli ömür yolu

     Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anları, geridönməz illəri xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. 
Belə dəyərli insanlardan, ziyalı xanımlardan biridə nəcib  insan, qayğıkeş Ana, zərif bir xanım olan gözəl həkim, müdrik bir Azərbaycan xanımı Zərifə xanım Quliyevadır.
Zərifə xanım 13 fevral 1952-ci ildə Balakən rayonunda  anadan olmuşdur. Atası Rzaqulu Quliyevin Azərbaycan Respublikasının Təhlükəsizlik orqanlarında işi ilə əlaqədar Zərifə xanım tez-tez oxuduğu məktəbləri dəyişmək məcburiyyətində qalmışdır. 1959-cı ildə Naxçıvan şəhər-4-saylı orta məktəbin-1-ci sinfinə daxil olmuş, 1969-cı ildə isə Əli Bayramlı şəhəri (indiki Şirvan şəhəri) orta məktəbini bitirmişdir.
Haşiyə: Zərifə xanımın dediklərindən: Hələ orta məktəbin yuxarı siniflərində oxuyan zaman Atamla Anamın övladlarının gələcəyi barədə şirin söhbət etdiklərinin şahidi olduğunu xatırlayır. Atam Anama övladlarının hansınınsa həkim olmaq arzusunu söyləyirdi. Onların bu söhbətlərini onlar məni hiss etmədən çox yaxşı eşidirdim. Başa düşdüm ki, bacım məndən kiçik olduğu üçün Atam məni həkim görmək istəyir. Amma mən isə jurnalist olmaq istəyirdim. Əlbəttə bir övlad kimi Atamın arzularını yerinə yetirmək mənim üçün böyük şərəf, həmdə bir həyat imtahanı idi. Mən Atamın arzularına rəğmən 1969-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institunun müalicə-profilaktikası fakultəsinə daxil oldum. 1976-cı ildə müvəffəqiyyətlə təhsilimi başa vurdum.   
    İlk əmək fəaliyyətinə 1975-ci ildə başlayan Zərifə xanım Bakı şəhəri-5-saylı klinik xəstəxananın qəbul şöbəsində həkim kimi çalışmış, 1981-ci ildən 1984-ci ilə kimi həmin xəstəxanada qəbul şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, bu müddət ərzində  xəstələrin, ona pənah gətirmiş insanların və həmdə çalışdığı kollektivin dərin hörmətini qazanmışdır. Bu gündə onun vaxtilə çalışdığı həkim dostları, tibb kollektivi ondan əsl insan, qayğıkeş həkim kimi ağızdolusu danışırlar. 
Zərifə xanım həmdə ictimai-siyasi işlərdə aktif, fəal bir təşkilatçı kimi 1984-ci ildən 1989-cı ilədək Nizami rayon partiya komitəsində təlimatçı-səhiyyə, mədəniyyət, təhsil sahəsinin kuratoru kimi geniş fəaliyyət göstərmişdir.
1989-cı  ildən 1995-ci ilə kimi Nizami rayon -17-saylı tibbi-sanitar hissənin baş həkimi işləmişdir. 
Zərifə xanım əsil vətəndaşlıq mövqeyi sərgiləyərək birinci Qarabağ savaşında atəşkəs imzalanan qədər on minlərlə insana qan yardımı proqramını təşkil edərək birbaşa bu işin Qanköçürmə institutu tərəfindən yerinə yetirilməsinə nail olmuşdur. 
      Zərifə xanım  həkimlik  peşəsi ilə bərabər onoloji olaraq həmdə yaradıcılıq sahəsindədə öz istedadını sınamışdır. Z.R. Quliyeva 2005-ci ildə "Təhsil" nəşriyyatı tərəfindən "Ömrün son baharı" adlı ilk kitabı, 2006-cı ildə həmin nəşriyyat tərəfindən "Sənsiz Səninlə" adlı ikinci kitabı, 2008-ci ildə "Son ümidim" adlı üçüncü kitabı, "Naksiana" nəşriyyatı tərəfindən 2010-cu ildə "Tale yazısı" dördüncü kitabı, 2011-ci ildə isə "Sabah" nəşriyyatı tərəfindən "Nicat günü" adlı beşinci kitabı işıq üzü görərək sevimli oxucularının ixtiyarına verilmişdir. "İlin kitabı" nominasiyasının anket sorğularının nəticələrinə görə Zərifə xanım Quliyevanın müəllif olduğu "Ömrün Son baharı" kitabı Simurq Milli Mükafat Fondunun 2006-cı il "Baharın uğur çələngi" müsabiqəsi laureatının ali dərəcəli diplomuna layiq görülmüşdür.
   Doğrudanda öz sahəsi üzrə mükəmməl olmaqla yanaşı çox hörmətli Zərifə xanım yaradıcılıq sahəsindədə öz potensial istedadını uğurla sınaya bilmişdir. 
Bəli O gözəl, bacarıqlı təşkilatçılıq qabiliyyəti ilə, əsl həkim olaraq neçə-neçə insanlara şəfa verən şəfalı əllərin sahibi kimi hər zaman Dövlətə-Dövlətçiliyə, Xalqa-Millətə xidməti özünün ən ümdə vəzifələrindən biri sanmışdır. Qəhrəmanımız bu yolda şərəflə, vicdanla xidmət göstərərək başqalarına örnək ola biləcəyi əsl insan, gülərüzlü-qayğıkeş həkim nümunəsini ortaya qoymuşdur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdir". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Zərifə xanım kimi insanlar öz xoşbəxtliyini, səadətini, varlığını xalqa, millətə, vətənə, dövlətçiliyə ləyaqətlə xidmətdə görürlər. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək yanılmarıq. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında nəcib bir insan, dəyərli ziyalımız, gözəl zərif bir həkimimiz olan Zərifə xanım Rzaqulu qızı Quliyevadır.
    Zərifə xanım harda işləməsindən, harda olmasından asılı olmayaraq öz vəzifəsini vicdanla yerinə yetirən, dövlətinin, xalqının-millətinin etimadını yüksək səviyyədə doğrulda biləcək ən dəyərli ziyalılarımızdan biridir. Zərifə xanımın böyüklüyü onun sadəliyində və insanlara İnsani münasibətlərindədir. O gözəl əxlaqı keyfiyyətləri ilə hər zaman insanlara xususi diqqət və qayğı göstərərək onların problemləri ilə maraqlanmışdır. Bacardığı qədər öz maddi mənəvi dəstəyini əsirgəməmişdir. 
Zərifə xanım "Dirçəliş" qəzetinin 2007-ci il üzrə keçirdiyi müsabiqədə "İlin işgüzar adamı" adına, 2008-ci ildə "Hippokrat" tibb jurnalı redaksiyasının təsis etdiyi "Bacarıqlı əllər" diplomuna layiq görülmüşdür. 2009-cu ildə "Vektor" Beynəlxalq Elm MƏRKƏZİNİN "21-ƏSRİN tanınmış ziyalısı" Beynəlxalq diplomu ilə təltif olunmuşdur. O həmçinin 2009-cı ildə "Sahibkar hüquqları" beynəlxalq ictimai-siyasi-hüquq qəzetinin və "Rəsmi Azərbaycan" ictimai-siyasi-hüquq qəzetinin fəxri diplomlarına, 2010-cu ildə Azərbaycan "Azad  Qələmlər" cəmiyyətinin "Şəfalı əllər" fəxri mükafatına layiq görülmüşdür. Z.R. Quliyeva elə həmin il Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının "Xalqın ən nüfuzlu ziyalısı" fəxri diplomuna, 2013-ci ildə "İdeal Sülhün Təbliği Fondunun" Qalib Sultan diplomuna layiq görülmüşdür.
     Zərifə xanım ölkəmizin ictimai-siyasi-iqtisadi həyatında Yeni Azərbaycan partiyasının Nəsimi Rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal,aktiv iştirakına görə 1 mart 2012-ci ildə Yeni Azərbaycan partiyasının diplomu ilə, 13-fevral 2012-ci ildə Nəsimi Rayon icra hakimiyyətinin fəxri fərmanına layiq görülmüşdür. O həmçinin 19 noyabr 2012-ci ildə Yeni Azərbaycan partiyasının 20-illik yubileyi ilə əlaqədar Azərbaycan  Kütləvi informasiya vasitələri işçilərinin  Həmkarlar ittifaqları Rəyasət heyətinin "İnam Şərəf" Diplomuna, səhiyyə sahəsində uzun müddət səmərəli fəaliyyətinə və xeyriyyəçilik işlərinə görə "Mərhəmət elçisi" beynəlxalq ictimai-siyasi  elmi-hüquqi jurnalının "İbn Sina" fəxri diplomuna layiq görülmüşdür. 
2016-cı ildə dövlət, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində fəal əməkdaşlığa görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür. 
Zərifə xanım respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının 2017-ci ilin martında imzaladığı sərəncam ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 
Bizdə bu təbriklərə qoşulub deyirik ki, uğurlarınız bol olsun 

    Əziz Zərifə xanım. Sizə ən böyük mükafat olan can sağlığını əlahəzrət haqq olan UCA TANRIDAN arzu edirik. 

QADIN
Qadınsız bir həyat
Bilirsən nədir?
Tikanli kol üstə
Saralmış çiçək
Məhəbbətlə döyünməyən 
Bir ürək
Səhrada tüğyan edən
İsti külək
Qadındır-
İsidər 
mənzilimizi 
Oxşar-
Günümizi,ay-ilimizi.
Qadındır bizlərə həm arxa-dayaq
Günahlar onunla-
Həm bağışlanacaq. 
Qadınlar dünyada sülh tərəfdarı-
Bəşər övladının 
tac damarları
Xoş arzu-diləkli
anadır qadın,
Sevimli istəkli 
Anadır qadın.
Bayramınız mübarək.

İlhamə Məhərrəm qızı

Ziba Həsənovanın adı, mərhəməti və xeyirxah əməli vəhdət təşkil edir Ziba Həsənovanın adı, mərhəməti və xeyirxah əməli vəhdət təşkil edir Gündəm "Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət "Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət Gündəm / Sosial Səttar Möhbalıyev: “Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə, gördüyü nəcib və humanist işlərlə Azərbaycanı dünyada uğurla təmsil edir” Səttar Möhbalıyev: “Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə, gördüyü nəcib və humanist işlərlə Azərbaycanı dünyada uğurla təmsil edir” Siyasət Prezident və xanımı Vasim Məmmədəliyevin ölümü ilə bağlı nekroloq imzaladı Prezident və xanımı Vasim Məmmədəliyevin ölümü ilə bağlı nekroloq imzaladı Gündəm / Siyasət "Bizim xanım Xatimə" "Bizim xanım Xatimə" Sosial / Video