9-08-2022, 14:54 Oxunub: 2317

3 ay əvvəl azadlığa çıxan sabiq polis mayoru yenidən HƏBS OLUNDU





















Qanunsuz  narkotik  dövriyyəsində ittiham olunaraq şərti cəza təyin olunmuş sabiq polis əməkdaşı Tural Mahmudov barəsindəki hökmdən verilmiş apellyasiya protestinə baxılıb.


Prokurorun  şikayəti  əsasında Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan işlə bağlı qərar elan olunub.


Hakim Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə heyəti Tural Mahmudov barəsindəki cəzanı ittihama görə həddən artıq yüngül hesab edərək birinci instansiya məhkəməsinin hökmünü tamamilə ləğv edib.


Məhkəmənin qərarı ilə Tural Mahmudovu Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum olunub. Sabiq polis əməkdaşı məhkəmə zalında həbs olunub.


Xatırladaq ki, Tural Mahmudov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs olunub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 ( qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib. İbtidai və məhkəmə istintaqı zamanı həbsdə olan Tural Mahmudov may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası alaraq azadlığa buraxılmışdı.


Onu da qeyd edək ki, polis mayoru Tural Mahmudov əvvəllər Salyan Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili, həmçinin pasport qeydiyyat şöbəsinin rəisi olub.


2018-ci ildə isə daxili işlər orqanlarından xaric olunub.

APA

Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Gündəm / Kriminal Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı Gündəm / Sosial Gənc qızın ölümündə günahlandırılan həkim yenidən məhkəmə qarşısında Gənc qızın ölümündə günahlandırılan həkim yenidən məhkəmə qarşısında Hadisə / Kriminal "Tapança Adil"ə hökm oxundu "Tapança Adil"ə hökm oxundu Gündəm / Hadisə DİN Yevlaxda əməliyyat keçirdi - FOTO DİN Yevlaxda əməliyyat keçirdi - FOTO Gündəm / Hadisə
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim