İdman
ÇOX OXUNANLAR
15-01-2020, 18:30 Oxunub: 2457
Gənc qızın ölümündə günahlandırılan həkim yenidən məhkəmə qarşısında
“StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev barəsində olan hökmdən yenidən kassasiya şikayəti verib. Oxu.Az xəbər verir ki, şikayətə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda baxılacaq.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova ölüb. Bununla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
Məhkəmənin hökmü ilə E.Quluzadə iki il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.
C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
Hər üç həkim hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onların şiklayəti təmin edilməyib. Daha sonra S.Mehdiyev kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







