18-05-2023, 17:32 Oxunub: 2164

Paşinyan mayın 25-də İlham Əliyev və Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşə razılıq verib
















Ombudsman ABŞ Dövlət Departamentinin illik hesabatında əks olunmuş məsələlərə münasibət bildirib.

Ombudsman Aparatından daxil olan məlumatda deyilir:

“ABŞ Dövlət Departamentinin növbəti illik hesabatında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti adı altında ünvanı və adı bilinməyən “QHT”lərin fikri olaraq əks olunmuş məlumatlar qərəzli və həqiqəti əks etdirmədiyindən bəzi məsələlərə aydınlıq gətirmək istərdik.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin Ombudsmana ünvanlanan təklifləri, ərizələri və şikayətləri təxirə salınmadan, senzuradan keçirilmədən aidiyyəti üzrə göndərilir. Ombudsman bu məsələni hər zaman diqqətdə saxlayır və saxlanılan şəxslərin senzurasız yazışmalarını daim monitorinq edir.

Ümumilikdə isə fəaliyyət çərçivəsində hər hansı bir fərq qoymadan bütün şəxslərin Ombudsmana müraciətləri araşdırılır, icraat aparılır və hər bir müraciətə vaxtında cavablar verilir. Həmçinin Ombudsmanın “916” çağrı mərkəzi şikayətlərin dərhal və effektiv araşdırılması baxımından pandemiya, eləcə də ondan sonrakı dövrdə uğurlu və işlək mexanizm olaraq fəaliyyət göstərir. Saxlanılan şəxslərin onların müdafiəçiləri və ailə üzvləri üçün müraciətləri ödənişsiz və 7/24 əlçatandır.

Bu baxımdan qeyd etməliyik ki, vəkillərin müdafiə etdikləri şəxslərlə görüşlərinə maneə yaradılması ehtimalı ilə bağlı müraciətləri bütün hallarda təmin olunub.

Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 250-dək müəssisəyə plan üzrə və plandankənar olmaqla başçəkmələr həyata keçirilir. Yüzlərlə saxlanılan şəxs fərdi qəbul olunur, eləcə də kollektiv görüşlər, maarifləndirmə tədbirləri keçirilir. Başçəkmələr saxlanılan şəxslərin özlərinin, müdafiəçilərinin və ya ailə üzvlərinin müraciətlərinə, habelə KİV-də, sosial şəbəkələrdə gedən informasiyalara Ombudsmanın çevik reaksiyası əsasında həyata keçirilir.

Barələrində müvafiq məhkəmə qərarları olan və kütləvi informasiya vasitələrində məlumat yayılmış şəxslər də dəfələrlə Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, müraciətləri müvafiq qurumlar qarşısında qaldırılmış və təmin edilib. Həmin şəxslər göstərilən köməkliyə və hüquqlarını diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildiriblər. Eləcə də vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin hüquqlarının təmini üçün Ombudsmana müraciətlərinin daim müsbət həll edilməsi ilə bağlı göstərdiyi köməkliyə görə öz təşəkkürlərini bildiriblər.

Preventiv başçəkmələr vətəndaş cəmiyyəti nümayəndələrinin də cəlb edilməsi ilə müstəqil şəkildə aparılır. Bütün bu məlumatlara dair mətbuat açıqlamaları verilir, başçəkmələrin nəticələri Ombudsmanın İllik məruzələrində və MPM hesabatlarında geniş təsvir olunmaqla rəsmi internet saytı üzərindən geniş ictimaiyyətə təqdim edilir.

Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkə Ombudsmanına ünvanladığı müraciətlərdə adı çəkilən şəxslərin də hər biri Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmə keçirdikləri müəssisələrdə qəbul edilir, müraciətləri dinlənilir, rəftar və saxlanma şəraitləri araşdırılır. Digər qurumlara münasibətdə də Ombudsman əməkdaşlığın əhəmiyyətini təşviq edir.

Qeyd olunanları nəzərə alaraq, qısa şəkildə əsaslandırılmış məlumatları təqdim etməklə, ABŞ Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı yer alan qeydlərin əsassız olduğunu, hər hansı bir problemin həllinə xidmət etmədiyini bildiririk”.


Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRH Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRH Gündəm / Dünya Paşinyan xalqı ələ ala bilmir - Son variant MÜHARİBƏDİR Paşinyan xalqı ələ ala bilmir - Son variant MÜHARİBƏDİR Gündəm / Dünya Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…