İdman
ÇOX OXUNANLAR
4-11-2019, 14:47 Oxunub: 2279
Paşinyan xalqı ələ ala bilmir - Son variant MÜHARİBƏDİR
Danışıqlardan nəticə gözləmək əbəsdir.
Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistan baş naziri Nikol Paşinyanın "Facebook" üzərindən canlı yayımda səsləndirdiyi fikirlərə münasibət bildirib.
Politoloq hesab edir ki, atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır:
“Birincisi, Nikol Paşinyan deyib ki, il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginlik xeyli azalıb. Paşinyan gərginliyin keçmiş illərdə də olduğunu bildirsə də, belə bir əlavəsini də unutmayıb. Təhlükənin hər zaman olduğunu qeyd edib. Paşinyan bu sözlərlə demək istəyir ki, məhz o hakimiyyətə gəldikdən sonra sərhəddə gərginlik azalıb. Paşinyan gərginliyin azalmasını Azərbaycan prezidenti İlham Əliyevlə Müstəqil Dövlətlər Birliyinin Aşqabad toplantısında qısa fikir mübadiləsi ilə əlaqələndirib. Yəni, Ermənistanın baş naziri demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub. Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, o, Serj Sərkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı. Ancaq Aşqabad görüşündən vaxt getdikcə atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndidə separatçılar qarşısında çıxış edərkən “Qarabağ Ermənistandır” dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də Paşinyan atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır”.
E. Şahinoğlu Paşinyanın danışıqlarda “irəriləyiş olmasa da, maraqlı dinamika müşahidə olunur” fikrinə də toxunub:
“Əslində, danışıqlarda heç bir irəriləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur. Görünür, Paşinyan sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya “gedişat ümid verir”. Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa ümid verməyə çalışır”.
Politoloq qeyd edib ki, digər tərəfdən Paşinyan canlı yayında Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır:
“Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığına xüsusi diqqət çəkib. O, çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib. Paşinyan yeni təklifini də səsləndirib: “Münaqişənin həll yolu referenduma da çıxarıla bilər”. Bununla Paşinyan məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu, o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenduma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Tutaq ki, Paşinyan İlham Əliyevlə nəyəsə razılaşdı, ancaq Ermənistanda keçirilən referenduma ermənilər “yox” dedi. Paşinyan İlham Əliyevə nə deyəcək, “bağışlayın bu variant alınmadı, keçən başqa variantların müzakirəsinə”... Paşinyanın “hə”, ermənilərin “yox” deməsinin özü müharibə ehtimalını artıracaq”.
E. Şahinoğlu vurğulayıb ki, Nikol Paşinyanın canlı yayında verdiyi açıqlamardan bir daha münaqişənin danışıqlar yolu ilə həll olunmayacağı açıq görünür:
“Maraqlıdır ki, ordumuzun Naxçıvanda və Qazaxda həyata keçirdiyi əməliyyatlar Paşinyanın hakimiyyəti dövründə həyata keçirilib. Paşinyan bu haqda heç zaman bir cümlə də deməyib. Ermənistanın o biri rəsmiləri və hərbçiləri də bu mövzuda əsasən susurlar. Lap yaxşı, bir az daha irəriləmək lazımdır”.
XƏBƏR LENTİ
10:56 | Şərəfli ömür yolu 10:55 | Daha bir qrup ifşa edildi: 578 milyon manat pul ölkəyə qaytarılmayıb 10:54 | Avropa Liqası: "Qarabağ" 2 "qırmızı" aldı, 3 qol buraxdı 10:52 | Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür 10:51 | Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR 15:33 | ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI 18:05 | PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB 21:03 | İmişli RİH-i yanında yaradılmış ictimai şura yeni tərkibdə ilk iclasını keçirib 12:18 | Prezident Milli Mətbuat Günü münasibətilə paylaşım etdi 12:14 | Ziya Bünyadovun qatillərinin azadlığa buraxılmasına çalışanlar kimdir? - Həbs olunanlar var 12:11 | BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi 11:38 | MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB... 11:35 | Bayden prezidentliyə namizədliyini geri götürdü 11:34 | Milli mətbuatın yaranmasından 149 il ötür 11:33 | Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi 12:48 | “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb