İdman
ÇOX OXUNANLAR
23-09-2019, 17:11 Oxunub: 2427
Ermənistanın keçmiş baş “çekisti” Paşinyanı hədələdi

Mən istefa verdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan vəziyyət düzələnə qədər yanıma adam göndərib bir müddət susmağımı xahiş edir. Ancaq görürəm ki, Nikol Paşinyan razılaşmaları pozur və populist bəyanatlar verir.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan deyib.
O deyib ki, N.Paşinyanın cəmiyyətin əhval-ruhiyyəsində qısamüddətli təəssürat yaratmaq istəyinə “heyran” olub.
“Nikol Paşinyan sözlərinin nəticələri barədə düşünmür. Bəs mən nəticələri düşünmədən danışsam, bunu təsəvvür edə bilərsiniz? Nə vaxtadək ictimaiyyətə yalan danışıb, “bizimlə olmayanlar milləti satanlardır” tezisini irəli sürəcək? Onunla razı olmayanlarla əvvəlki hökumətin etdiyi kimi davranır. Bir daha təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin”, - deyə Vanesyan N.Paşinyanı hədələyib.
Onun sözlərinə görə, N.Paşinyan konstitusiyanı bilmir.
“Konstitusiyaya əsasən, müharibə şəraiti olmayanda Baş nazir ali baş komandan səlahiyyətini daşımır. İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu anlayacaq. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm”.
Qeyd edək ki, N. Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında A.Vanesyanın istefası barədə danışıb:
“Cənab Vanesyan de-yure Milli Təhlükəsizlik Xidmətinin direktoru olaraq mahiyyətcə öz ali baş komandanına qarşı bəyanat verir. Zabit şərəfinə bundan alçaldıcı münasibət ola bilməz. Siz başa düşürsünüz, söhbət nədən gedir?”
Xatırladaq ki, bundan əvvəl A.Vanesyan istefasından sonra bəyanatla çıxış edərək bu vəzifədə qalmasını “zabit şərəfi ilə uyğun gəlməyən” məsələ adlandırıb.
Eyni zamanda, istefasının “ayıldıcı mesaj” olduğunu vurğulayıb.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







