İdman
ÇOX OXUNANLAR
23-09-2019, 17:42 Oxunub: 2429
"PAŞİNYAN HAQLIDIR" - Azərbaycan bunu əngəlləyə bilmir...
Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolunun olması mövzusunda Paşinyan haqlıdır.
Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Los-Ancelesdə təşkil olunan mitinqdə ermənilər qarşısındakı çıxışına münasibət bildirib.

Politoloq hesab edir ki, Paşinyan yenə də hər cümləsində Dağlıq Qarabağı Ermənistandan ayırmadı:
“Doğrudur, o, avqustun 5-də Xankəndidə dediyi “Qarabağ Ermənistandır” açıqlamasını təkrarlamadı. Paşinyan əvvəlcə Los-Anceles merinə və şəhər şurasına Dağlıq Qarabağı “tanıdığına” görə təşəkkür etdi. “Amerikadakı erməni diasporunun dəstəyi olmasaydı biz Dağlıq Qarabağdakı müharibədə (oxu: Azərbaycan torpaqlarının işğalında) qələbə çala bilməzdik” deyən Paşinyan diasporanın bu gün də Dağlıq Qarabağın arxasında dayandığını vurğuladı. Ermənistanın baş naziri diaspordan pul dilənməyi də unutmadı, ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin. Məsələn dedi ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoyarsa uduzmaz. Paşinyan maraqlı - xarici ölkədə yaşayan hər erməninin İrəvanda ev alması təklifini irəli sürdü. Amma bu absurddur. Çünki xaricdə yaşayan hər erməni İrəvanda ev alsaydı, Ermənistanın beynəlxalq maliyyə təşkilatlarıının yatırımlarına ehtiyacı olmazdı”.
Politoloq qeyd edib ki, erməni diasporunun nümayəndələri hərif deyillər:
“Onlar ABŞ-da qazandığı pulları göyə sovurmaq istəməzlər. “Paşinyan hakimiyyətdə nə qədər qalacaq” sualı erməni diasporunu da düşündürməyə bilməz. Ancaq bir məsələdə Paşinyan haqlıdır. Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolu olub və onlar bu “çalışmalarını” bu gün də davam etdirirlər. İşğal altındakı torpaqlarımızda yolların çəkilişi, evlərin tikintisi, hansısa kiçik müəssisələrin açılışlarının arxasında erməni lobbisinin imkanlı təmsilçiləri dayanır və təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik”.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







