10-06-2023, 12:40 Oxunub: 2212

İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı
















Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Sadıqov cəzasının üçdəiki hissəsini çəkməsi səbəbindən qalan məhkumluq müddəti şərti hesab olunub. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, E.Sadıqova son olaraq iki il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Onun cəzasının başlanğıcı 2021-ci ilin 21 oktyabr tarixindən hesablanıb.

Xatırladaq ki, sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun bir sıra vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla tutulublar.

Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum ediliblər.

Sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov və digərlərinin cəzası iki-üç il aralığında azaldılıb.





Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı Hadisə Vilyam Hacıyevin cinayət işindəki zərərçəkmişlərin SİYAHISI Vilyam Hacıyevin cinayət işindəki zərərçəkmişlərin SİYAHISI Hadisə Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı? Fədayə Laçın niyə məxfi şəkildə azadlığa buraxıldı? Gündəm / Mədəniyyət Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR Gündəm DTX tərəfindən saxlanılan sabiq icra başçısının kimlərdən rüşvət aldığı məlum oldu DTX tərəfindən saxlanılan sabiq icra başçısının kimlərdən rüşvət aldığı məlum oldu Hadisə / Kriminal
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim