İdman
ÇOX OXUNANLAR
14-08-2021, 15:30 Oxunub: 72383
Vilyam Hacıyevin cinayət işindəki zərərçəkmişlərin SİYAHISI

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə olan Vilyam Hacıyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumların adları məlum olub.
"Report” xəbər verir ki, "DOST İş Mərkəzi” MMC, "İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, İmişli Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsi cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Vilyam Hacıyevin cinayət işi üzrə hazırlıq prosesi avqustun 20-ə təyin edilib.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsinin ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.
XƏBƏR LENTİ
11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur 11:38 | Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək 11:03 | Tehrana gedən körpü bombalandı 10:57 | Avtomobil sığortasında yeni qayda: 30 günə saziş bağlanacaq 17:47 | Mayda 14 gün iş olmayacaq - TƏQVİM 17:35 | Azərbaycan nefti bahalaşır - Manatın taleyi necə olacaq? 17:33 | 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür 15:26 | Mehman Qəhrəmanov: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: Tarixi həqiqətlərin unudulmayan ağrısı 11:40 | İşıqsız qalmalarına etiraz edərək küçələrə çıxdılar 11:36 | Sabahdan məktəblərdə dərslər başlayır 11:22 | Bayramdan qayıdan sürücülərə müraciət 11:17 | Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir 10:49 | Paşinyan yenidən Baş nazir postuna namizədi oldu 10:12 | “O halda görüşməyə utanırdı” 10:06 | Rusiya Federasiyası Ali Məhkəməsində görüş keçirilmişdir



















