İdman
ÇOX OXUNANLAR
7-10-2019, 13:55 Oxunub: 2451
“Qızım olsaydı, universitetə getməyə qoymazdım” - Nazpəri

"Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta, qızımı universitetə getməyə qoymazdım ki, oxusun. Bəlkə də, rəfiqələrinin olmağına belə icazə verməzdim”.
Anews.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Ay Zaur” proqramına qonaq olarkən deyib. Müğənni verilişdə şəxsi həyatı barədə danışaraq qız övladının həmişə arzusunda olduğunu bildirib.
N. Dostəliyeva səhnəyə görə, qardaşından şiddət gördüyünü qeyd edib: "Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə, dəfələrlə mənə əl qaldırırdı. Bir sillə vururdu, günlərlə özümə gələ bilmirdim.
Daha sonra ailə həyatı yaşadım. Orta məktəbdə oxuyanda ailə qurdum. Nişana kimi oğlanı görməmişdim. Atam bilirdi ki, yaxşı ailənin övladıdır. Həyat yoldaşım toylara icazə verirdi, amma efirə getməyə qoymurdu. Dörd yaş məndən böyük idi. Universitetdə təhsil aldı, daha sonra mühəndis kimi çalışdı. Lakin illər sonra dünyasını dəyişdi. Biz 13 il evli qaldıq. Bu nikahdan iki oğlan övladımız dünyaya gəldi”.
Sənətçinin sözügedən çıxışını videonun 20-ci dəqiqəsindən izləyə bilərsiniz:
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







