İdman
ÇOX OXUNANLAR
7-10-2019, 18:47 Oxunub: 2388
Qazaxıstanlı ekspert: "Azərbaycanın dənizdə hasilat təcrübəsi Qazaxıstandan daha çoxdur"

Qazaxıstan və Azərbaycanın neft emalı sahəsində böyük potensialı var.
Bu barədə "Report"a Qazaxıstanın müstəqil eksperti Sergey Smirnov bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda üç neft emalı zavodunun modernləşdirilməsinə baxmayaraq, Qazaxıstan neftinin həcm göstəricisində artım müşahidə olunmayıb.
"Zavodların modernləşdirilməsinə baxmayaraq, Qazaxıstan neftinin hamısı emal olunmur. Pavlodar neft-kimya zavodunda tamamilə Rusiya nefti emal edilir, Şımkənddə yarıbayarı Rusiya nefti yüklənir, yalnız Atıraudakı zavodda praktiki olaraq tamamilə Qazaxıstan nefti emal edilir. Neftin qalan hissəsi ixrac edilir. Buna görə də yerli neftin emalını təşkil etmək lazımdır", - S.Smirnov deyib.
Onun fikrincə, Azərbaycanın bu sahədəki təcrübəsi Qazaxıstanda neft emalı, eləcə də qazdan neft-kimya məhsullarının istehsalı ilə bağlı vəziyyətin dəyişməsinə töhfəsini verə bilər.
Ekspert Sergey Smirnov
"Qazaxıstan dənizdə hasilat üzrə Azərbaycanın təcrübəsini mənimsəməlidir, çünki Azərbaycanın dənizdə hasilat təcrübəsi Qazaxıstandan daha çoxdur".
"İki ölkənin neft emalı sahəsində əməkdaşlıq üçün böyük potensialı var. Düşünürəm ki, emal üçün neftin tankerlərlə Azərbaycana nəqli rentabelli deyil. Ancaq məncə, Azərbaycan neftçiləri qazaxıstanlı həmkarlarından daha peşəkardırlar, çünki Azərbaycan neftinin tarixi kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanın təcrübəsi Qazaxıstanda neft emalına və qazdan neft-kimya məhsullarının istehsalına kömək edərdi, çünki bu gün ölkədə qaz layihələri dayandırılıb", - deyə ekspert bildirib.
Bundan əlavə, S.Smirnov hesab edir ki, Qərb şirkətlərinin Qazaxıstandakı dəniz neft yataqlarında üstünlük təşkil etməsi dənizdə neft hasilatı sahəsində təcrübənin olmaması ilə əlaqədardır və azərbaycanlı mütəxəssislər iş təcrübələrini bölüşməklə bu məsələdə Qazaxıstanın yanaşmasını dəyişdirməyə kömək edə bilərlər.
"Qazaxıstan dənizdə hasilat üzrə Azərbaycanın təcrübəsini mənimsəməlidir, çünki Azərbaycanın dənizdə hasilat təcrübəsi Qazaxıstandan daha çoxdur. Qərb şirkətləri Qazaxıstanda üstünlük təşkil edir, çünki onların dəniz yataqlarının işlənməsi üzrə təcrübəsi var. Bu baxımdan dəniz yataqlarının işlənməsi üzrə azərbaycanlı neftçilərlə qarşılıqlı münasibətlər qurulması mümkün ola bilər", - S.Smirnov vurğulayıb.
Ekspertin fikrincə, Qazaxıstan Azərbaycanın ölkənin infrastruktur layihələrinə investisiya qoymaq təşəbbüsünü dəstəkləyəcək.
"Azərbaycanlılar investisiyaları ilə Qazaxıstana gəlsələr, əlbəttə ki, qazaxlar birgə zavodlar, qaz kəmərləri və s. tikməkdən məmnun olarlar", - S.Smirnov deyib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







