29-06-2023, 11:56 Oxunub: 2188

Milli Qəhrəman Elxan Zülfüqarovun - Doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elxan Qaçay oğlu Zülfüqarovun doğum gündür.
QHT.az xəbər verir ki, o, 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olub.
1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı orta məktəbin səkkizinci sinfini bitirib, sonra 1 saylı Yevlax şəhər orta məktəbində təhsilini başa vurub.
Elxan Mingəçevir Politexnik Texnikumunu bitirib, Rusiya Federasiyasının Novosibirsk şəhərində milis şöbəsində işləyib. "Milis əlaçısı" döş nişanına layiq görülür, milis baş leytenantı rütbəsi alır. Elxan qürbətdə ermənilərin ölkəmizə hücum xəbərini eşidib, Azərbaycana gəlir. 1992-ci ildə Milli Ordu sıralarına daxil olub, bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində döyüşür, 42 əməliyyatda iştirak edib, kapitan rütbəsinə, daha sonra “N” saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə layiq görülür. Erməni, rus dillərini mükəmməl bildiyinə görə kəşfiyyatlara göndərilir.
Milis kapitanı Elxan 1994-cü ildə yenidən kəşfiyyata gedir, 19 kəndi erməni yaraqlılarından təmizləyir, hərbi sursatlar və silahlar ələ keçirir. 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olur, Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunur.
Onun fədakarlığını heç vaxt unutmarıq, həyatının hər anında onunla fəxr etdiyimizi hiss edirik. Elxan kimi oğulların, şəhidlərin şücaətini, vətənpərvərliyini, fədakarlığını xatırlayıb, bizə qoyub getdiyi dəyərləri yaşatacağımıza söz veririk.

Ruhuna dualar oxuyuruq, Allah rəhmət eləsin!

Pərvanə Fərhadqızı



Vətən müharibəsinin başlamasından 2 il ötür Vətən müharibəsinin başlamasından 2 il ötür Sosial "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev GƏTİRİLİR - İDDİA Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev GƏTİRİLİR - İDDİA Siyasət QÜRUR GÜNÜ - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü QÜRUR GÜNÜ - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim