1-07-2023, 11:16 Oxunub: 263

Prezidentin xüsusi nümayəndəsi Qarabağ və Şərqi Zəngəzurda hansı sahələrdə kadrlara ehtiyac olduğunu açıqlayıb


“Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir”. 

Oxu.Az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində deyib.

O bildirib ki, məqsədlər hər zaman fərqli olur:

“Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir. Artıq nəticələr var, müəyyən dərslər əldə edilib və yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır”.

E. Hüseynovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq kontekstində ölkəyə hansı kadrların lazım olması düşündürücüdür:

“30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağda bu gün həyat yenidən qayıdır. Şəhər və kəndlər yenidən bərpa olunur. Orada baş verən yenidənqurma prosesləri heç bir ali təhsil müəssisələrində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ və düzgün, kreativ qərar verə bilən kadrlar lazımdı. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək”.

Aysel Aslan

Rəşad İbrahimov: “Yüksəliş” yarışına qatılmaq həyatınızı müsbət yöndə dəyişəcək Rəşad İbrahimov: “Yüksəliş” yarışına qatılmaq həyatınızı müsbət yöndə dəyişəcək Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir” Siyasət "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən ilk ölkədir" Siyasət Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsinə qatılmaq istəyən şəxslərə müraciət etdi Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsinə qatılmaq istəyən şəxslərə müraciət etdi İqtisadiyyat