1-07-2023, 11:19 Oxunub: 2123

DİN-in müxtəlif struktur qurumlarına aid yeni inzibati binalar istifadəyə verilib


2 İyul - Polis Günü ərəfəsində Daxili İşlər Nazirliyinin müxtəlif struktur qurumlarına aid dörd yeni inzibati binası istifadəyə verilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Həmin binalardan biri nəzəri və praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik ali hüquq təhsilli polis kadrları hazırlayan, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin müasir dövrün tələblərinə uyğun ixtisasının artırılmasını, ilkin və yenidən hazırlığını təşkil edən Polis Akademiyasında inşa edilib.

Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə qısa zaman ərzində tikilmiş yataqxana zəruri mebel və avandanlıqlarla təchiz edilib.

Polisin xalqa xidmət funksiyalarının icrasını daha səmərəli həyata keçirməsi üçün şəxsi heyətin professional səviyyəsini yüksəltmək, hər bir əməkdaşa peşə keyfiyyətləri, ekstremal şəraitdə düzgün qərar qəbul etmək bacarığı aşılamaq, gənc əməkdaşların və mütəxəssislərin daxili işlər orqanlarında xidmətə adaptasiyasını təmin etmək daim diqqətdə olan məsələlərdəndir.

Nazirliyin yeni inşa edilmiş Təlim-Tədris Mərkəzində məhz qeyd edilən istiqamətlər üzrə ixtisasartırma kursları təşkil ediləcək.

Burada daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi, insan haqlarının müdafiəsi sahəsində qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələr, ən başlıcası fəaliyyətin, vətəndaş-polis münasibətlərinin inkişafı və bu əsasda məmnunluğun təmin edilməsi kimi mühüm məqsədlər üzərində qurulmasının yolları, forma və metodları tədris olunacaq.

Müasir dövrün təhdid və çağırışlarının, həmçinin innovasiyaların inkişafının və tətbiqinin sürətlə genişlənməsinə paralel olaraq internet şəbəkələrdən və informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqazidd əməllərin dinamikasında da artım müşahidə olunur.

Mövcud vəziyyətdə hər bir şəxsin qanuni mənafeyinin, əmlakının, mülkiyyətinin etibarlı qorunması, kiberməkanda törədilən cinayətlərin, xüsusən narkotiklərin onlayn dövriyyəsinin, dələduzluqların, bank kartlarından pul vəsaitlərini talamaların qarşısının alınması və açılması, həmin əməllərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası polisin başlıca vəzifələri olaraq yerinə yetirilir.

Bu növ cinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.

Vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən inzibati binalardan biri də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsidir.              

Müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülüb, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb. 

Bizimlə əlaqə saxlayın

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Gündəm / Sosial Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm Səhv ödənişlərə görə kompensasiya almaq, hətta faiz tələb etmək mümkün olacaq Səhv ödənişlərə görə kompensasiya almaq, hətta faiz tələb etmək mümkün olacaq Siyasət Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu tarixdən satışa çıxır... (FOTO) Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu tarixdən satışa çıxır... (FOTO) Maraqlı Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim