1-07-2023, 18:47 Oxunub: 2204

Daşkəsənin İcra Başçısı Əhəd Abıyev son günlər güclü dolu, leysan yağışları, sel və daşqınların rayona vurduğu ziyanların aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirib, təbii fəlakətin ziyan vurduğu yerlərdə sakinlərlə görüşüb

İyulun 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə iyunun 29-u və 30-u tarixlərində Daşkəsən rayonu ərazisinə yağan intensiv dolu, leysan yağışları nəticəsində təbii fəlakətlərin vurduğu ziyanların aradan qaldırılması məqsədilə operativ müşavirə keçirilib. Müşavirədə rayonun mülki müdafiə üzrə xidmət rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev bildirib ki, son günlər Daşkəsən rayonunda baş vermiş güclü təbii fəlakət hadisələrindən dərhal sonra xüsusi qərərgah təşkil edilərək rayonun bütün yaşayış məntəqələri ilə mütəmadi əlaqə saxlanılmış, müvafiq köməkliklər göstərilmiş, mövcud vəziyyət öyrənilmişdir.
 Belə ki, intensiv dolu və leysan yağışları nəticəsində Daşkəsən şəhərindən güclü sel keçmiş və sel suları şəhərin yollarını, əksər istinad divarlarını dağıtmış, elektrik və rabitə xətlərini qırmış, bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurmuşdur. Daşkəsən şəhərində leysan yağışları və sel sularının təsirindən yaranmış torpaq sürüşməsi Daşkəsən şəhər sakini Zemfira Məmmədovaya məxsus fərdi yaşayış evini tamamilə qəzalı vəziyyətə salmışdır. Hazırda Zemfira Məmmədova və onun ailə üzvləri müvəqqəti olaraq zəruri avadanlıqlarla təchiz edilmiş 2 çadırda yerləşdirilmişlər. Yeni evin tikilməsinə ehtiyac var.
Güclü sel suları və ərazidəki çayların məcrasından çıxması rayonun Çovdar, Alaxançallı, Qaraqullar, Təzəkənd, Xoşbulaq, Əmirvar, Quşçu, Bayan, Dəstəfur, Gurbulaq, Tapan, Pirverdilər kəndlərində və Alunitdağ qəsəbəsində yollara, elektrik transformatorlarına, rabitə, qaz xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlara ciddi ziyan vurmuş, dağıntılar əmələ gətirmişdir. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkətində fasilələr yaranmışdır. Rayonun Qaraqullar kənd sakini 1967-ci il təvəllüdlü Qənbərova Afət Ərəstun qızı ildırım vurması səbəbindən yaralanmış və o, xəstəxanaya yerləşdirilmişdir. İyunun 29-da isə rayonun Təzəkənd kənd sakini 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyriçay çayından keçən güclü sel aparmış və o vəfat etmişdir.  
Müşavirədən sonra icra başçısı Əhəd Abıyev təbii fəlakətin ciddi ziyanlar vurduğu Əmirvar, Qabaqtəpə, Təzəkənd, Dəstəfur və Xoşbulaq kəndlərində, habelə yaylaqlarda olub, avtomobil  gedə bilməyən yerlərə də atla gedib, zərərçəkmiş sakinlərlə, fermer və çobanlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ərazilərə cəlb olunmuş zəruri texnika və canlı qüvvənin fəaliyyətini izləyib.
İcra başçısı Əhəd Abıyev bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması və təsirinin azaldılması sahəsində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən  rayonda həyata  keçirilən qəti tədbirlər vəziyyəti qismən yaxşılaşdırıb, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yerli qurumlar güclərini səfərbər ediblər.  

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini



Əhəd Abıyevə böhtanların iziylə…- SEPARATÇILARIN RUPORU İCRA BAŞÇISINA BÖHTANLAR YAĞIDIRIR Əhəd Abıyevə böhtanların iziylə…- SEPARATÇILARIN RUPORU İCRA BAŞÇISINA BÖHTANLAR YAĞIDIRIR Bölgə DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ RAYONUN N HƏRBİ HİSSƏSİNİN HƏRBÇİLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRİB DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ RAYONUN N HƏRBİ HİSSƏSİNİN HƏRBÇİLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRİB Gündəm Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb Gündəm / Siyasət İlham Əliyev metronun qarşısında sakinlərlə görüşüb, problemlərini dinlədi İlham Əliyev metronun qarşısında sakinlərlə görüşüb, problemlərini dinlədi Gündəm / Siyasət Baş nazir müşavirə keçirdi: “Prezidentin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir” Baş nazir müşavirə keçirdi: “Prezidentin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim