3-07-2023, 11:34 Oxunub: 2258

Vəzifəli şəxslər rüşvətə görə məhkəmə zalında həbs edildilər

Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və digər maddələrdə ittiham olunan Zamin Həsənov və Məmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib.

Belə ki, Zamin Həsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və Zamin Həsənov dərhal məhkəmə zalında həbs olunub.

Bundan başqa, Məmməd Əliyevin barəsindəki şərti cəza tətbiqinə dair müddəalar xaric edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və dərhal məhkəmə zalında həbs edilib.

İttihama görə, Zamin Həsənov Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyib. Məmməd Əliyev isə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi olub.

Sabiq rəisin barəsində Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, Məmməd Əliyevin barəsində isə 32.5, 311.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Gündəm / Kriminal Rüşvətə görə həbs edilən hakimdən YENİ XƏBƏR Rüşvətə görə həbs edilən hakimdən YENİ XƏBƏR Gündəm / Sosial "Tapança Adil"ə hökm oxundu "Tapança Adil"ə hökm oxundu Gündəm / Hadisə Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR Gündəm 3 ay əvvəl azadlığa çıxan sabiq polis mayoru yenidən HƏBS OLUNDU 3 ay əvvəl azadlığa çıxan sabiq polis mayoru yenidən HƏBS OLUNDU Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim