4-07-2023, 10:30 Oxunub: 2205

Zakir Fərəcov qaydaları pozdu: icra başçısı məzuniyyət götürüb, ölkəni tərk edib


Hələ bir neçə həftə əvvəl icra başçılarına bu yay məzuniyyət verilməyəcəyi barədə xəbər yayılmışdı. Həmin xəbərdə deyilirdi ki, belə bir qərarın verilməsinə səbəb hökumətin yayda bir sıra iri layihələri həyata keçirəcəyi ilə bağlıdır. Eyni zamanda, icra başçılarının da yerində olmasının səbəbi kimi, ölkədə gözlənilən siyasi və ictimai hadisələr də göstərilirdi.

Qeyd edək ki, bu məlumatı bir neçə icra başçısı da təsdiqləyib. Onlar özlərinə yaxın medialara məlumat ötürmüşdülər ki, bu yay onlar üçün nəzərdə tutulan məzuniyyətlər ləğv edilib.

JAMAZ.İNFO xəbər verir ki, görünür icra başçıları arasında da ayrı-seçkilik və ya “ağ və qara”lar var. Əks təqdirdə, bütün icra başçılarına tətbiq edilən qadağaya rəğmən, bəziləri həmin qərarı özü üçün əhəmiyyətsiz etsin.

Belə ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov gələn göstərişə əsasən məzuniyyətə çıxıb. Verilən məlumata görə, icra başçısı dünəndən etibarən 15 günlük məzuniyyət götürərək, nəinki Sumqayıtı, ölkəni tərk edib. Onun ailəsi ilə birlikdə Şərqi Avropa ölkələrindən birinə getdiyi bildirilir.

Bildirək ki, ən üst səviyyədə qoyulan qadağanın Zakir Fərəcov tərəfindən pozulması olduqca maraqlıdır. Çünki digər icra başçıları kimi, Fərəcov da verilən tapşırığa əməl etməli olduğu halda, bunun əksini edib. Onun bu hərəkətinə hər hansı qiymət verilib, verilməyəcəyi də məlum deyil. Güman ki, o, bu addımını özbaşına atmayıb, arxasında dayanan məmura güvənərək edib. Əks təqdirdə, belə riskli addım atmazdı.

Xatırladaq ki, Zakir Fərəcov icra başçıları arasında ən çox adı qalmaqala qarışanlardandır. Onun Dənizkənarı Bulvar və Sumqayıtdakı yenidənqurma və abadlıq işlərinə görə, sahibkarlara 10 milyon manatdan çox borcunun yaranması, habelə şəhərin bütün qurumlarında aparılan yoxlamalar zamanı ciddi yeyintilərin üzə çıxarılması bunlardan bir neçəsi hesab olunur.

Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı Gündəm İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Gündəm / Siyasət Zakir Fərəcov işdən azad edilir – Maliyyə fırıldağına görə Zakir Fərəcov işdən azad edilir – Maliyyə fırıldağına görə Gündəm Yalan və uydurmalarla özünümüdafiənin biabırçı həddi -Zakir Fərəcov yenə “SİYASİ QUŞ” BURAXIB Yalan və uydurmalarla özünümüdafiənin biabırçı həddi -Zakir Fərəcov yenə “SİYASİ QUŞ” BURAXIB Gündəm Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim