5-07-2023, 10:00 Oxunub: 2130

Ölkə mediasında barəsində yazılanları vecinə almayan Sumqayıtın icra başçısı Zakir Fərəcovu, nəhayət, bir konstruksiya üçün, onun şəhid ailəsindən nə qədər pul tələb etməsi ilə bağlı bir video-çəkiliş təşvişə saldı

Elə, bu səbəbdən də, bir müddət keçmiş, başçı hansı yollasa, həmin video-çəkilişi əsas yayım mənbəyindən köklü-köməkli sildirməyə nail olub
Oxuculara xəbəri verib, sonra silmək, əsasən, reket saytların “oyun”u kimi qələmə verilir və bu yerdə, xüsusi olaraq, o da vurğulanır ki, bu, birbaşa, jurnalistika prinsiplərinə tamamilə ziddir
Ölkənin üçüncü böyük şəhəri Sumqayıta 2015-ci ildə icra başçısı gətirilən Zakir Fərəcovun və onun talançı kimi “ad çıxarıb, məşhurlaşan”, başdan-ayağa maxinasiya, saxtakarlıq və korrupsiya “iyi verən” hakim komandasındakı özünə daha yaxın ətrafı hesab olunan, mövcud qanunlarımız çərçivəsinə sığmayan bəd əməlləri ilə, özlərini çoxdan tanıdan Adil Xudadatov, Gündüz Əliyev… kimi bəd əməl sahibi yüksək vəzifəli məmurların, özlərinə öncədən etibar edilən vəzifələri başında törətdikləri qanunsuzluqlar barədə, araz.az xəbər portalı da, elə, “YouTube” kanalında paylaşılan, sosial şəbəkələrdə, ölkənin əksər media vasitələri ilə bərabər, araz.az xəbər portalında da, xeyli müddətdir xoşagəlməz çox şeylər yazılır. Di gəl ki, onlar özlərini elə aparırlar ki, sanki bütün bunlar heç onların veclərinə də deyil. Hətta bu yaxınlarda “YouTube” kanalında paylaşılan və ictimaiyyətə təsir gücü daha güclü olan bir video-çəkilişi belə, ilkin olaraq, onlar belə qarşıladılar. Az keçmiş, ölkənin əksər nüfuzlu media vasitələrinin internet səhifələrində, eləcə də sosial şəbəkələrdə olduqca təsirli bu video-çəkilişin geniş paylaşımını həyata keçirdilər — araz.az xəbər portalı da, onlar kimi! İctimaiyyət arasında baxış sayının getdikcə daha çox alınması, bunun nəticəsində, Zakir Fərəcovla onun yaxın ətrafının güclü ictimai qınağa tuş gəlməsi, arxayın və harın bu vəzifə sahiblərinin birdən-birə təşvişə düşmələrinə səbəb oldu. Bir də ki, bu video-çəkilişdə əsas mövzunun Sumqayıtın icra başçısının bir konstruksiya üçün, şəhid ailəsindən nə qədər pul tələb etməsi barədə olması, təbii ki, son dövrlər ən çox xoşagəlməz xəbərlərlə medianın və sosial şəbəkələrin diqqət mərkəzinə gələn icra başçısına və onun yaxın ətrafına, indi, ictimaiyyətə dəhşət təsiri bağışlayan bu mövzulu yayım təsir etməyə bilməzdi. Elə, buna görə də, bir müddət keçmiş, onlar, hansı yollasa, həmin video-çəkilişi əsas yayım mənbəyindən koklu-köməcli sildirməyə nail oldular. Bu video-çəkilişin paylaşımını həyata keçirən media vasitələri kimi, araz.az da, dəyərli oxucuları qarşısında “qaldı iki suyun arasında”. Nədən, sərlövhəsindən və mikrofon önündə müsahibə verən şəhid anasının əksindən ibarət başlanğıc titrini indi verəcəyimiz bu video-çəkilişin açılmaması ilə bağlı, digər mətbu vasitələrinki kimi, araz.az-ın rəhbərliyini də,  başladılar sorğu-suala tutmağa. İndiyədək, onların güclü iradları dolu haqlı narazılıqlarının ifadəsini özlərində əks etdirən  çoxsaylı suallarına cavab verməkdə aciz qalmışıq — nə deyəcəyimizi bilmirik!

Bütün qeyd olunanlar da ona bir işarədir ki, Zakir Fərəcov və yaxın ətrafı qanunsuzluq “donu geydirtdikləri” bütün əməllərini, ölkə üçün olduqca həssas keçən bu dönəmdə belə şiddətləndirməkdən çəkinmirlər. Barələrində yazılanlar veclərinə olmasa da, şəhid anası ilə bağlı olan məlum video-çəkilişin arxasındakı qaranlıq məqamlar isə, bu təşvişə aid çox şey deyir.
Çox təəssüf, bu, belə olmamalı idi. Hər hansı hadisə, şəxs və ya obyektlə bağlı belə təsiri olan bir çəkilişin, bu və ya digər səbəblərdən, qısa müddətdən sonra silinməsi yolverilməzdir. Buna, bizim kimi, bütün media mütəxəssisləri də ciddi etirazlarını bildirirlər. Çünki belə bir media materialının tamamilə silinməsi, media əxlaqına zidd olmaqla yanaşı, cəmiyyətə və oxuculara qarşı da hörmətsizlikdir və atılan düzgün addım hesab olunmur. Yazı və ya hansısa media materialı ictimaiyyət qarşısına çıxarıldısa, yerində qalmalıdır. Əgər yanlışdırsa, yalan və böhtandırsa, jurnalistika bundan çıxış yolunu illər öncə kəşf edib və üzrxahlıq ifadələri ilə, təkzib verməni önə çıxarıb. Amma şəhid anası ilə bağlı olan bu video-çəkilişlə bağlı, təkzib verməyə də, əsas yox idi. Deyilənlərin hamısı həqiqəti əks etdirirdi.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu video-çəkiliş araz.az-ın səhifəsində paylaşılandan az sonra, illərlə görmədiyimiz adamları tapıb, minnətçi salırdılar ki, həmin çəkiliş saytın səhifəsindən silinsin. Ümumiyyətlə, media əhli saytlarda çap olunan hansısa materialın, bir-neçə saatdan sonra, bilərəkdən silinməsini haqlı olaraq tənqid edir. Ən əsası ona görə ki, bu məsələ bir sıra problemlərə yol açır. Birincisi, mətbuatı və sözü gözdən, dəyərdən salır. Həqiqətən sayta qoyulmuş hansısa yazının bir saatdan sonra oradan çıxarılması qeyri-ciddi imic yaradır. Ən narahatedici məqamlardan biri, bunun bir alverə çevrilməsidir. Elə, Zakir Fərəcovun adamları da, bu iyrənc metoda əl atmaqla, bu iyrəncliyi həyata keçirə biliblər. Hesab edirik ki, belə ədalətsiz və məqsədli yanaşma yolverilməzdir. Çox təəssüf ki, adları çəkilənlər, bunu da başa düşmək istəməyiblər.
Səməndər QURBANOV / Fərhad MƏMMƏDOV
araz.az xəbər portalının xüsusi müxbirləri

REDAKSİYADAN:
Bu yazıdakı əsas mövzu daha geniş dairədə ictimai narazılığa səbəb olduğundan, bir mətbuat vasitəsinin əməkdaşları olaraq, bu mövzu ətrafında baş verənləri daim diqqətimizdə saxlamağa qərar vermişik. Elə, buna görə də, bu ciddi məsələ ilə bağlı, adı daha çox hallanan icra başçısı Zakir Fərəcovun özünün deyəcəklərini bilməyi vacib hesab etdik. Lakin onunla əlaqə saxlayıb, görüşməyimiz heç cür mümkün olmadı. İcra Hakimiyyətindən bizə daha çox belə dedilər ki, Zakir Fərəcov yerində yoxdur. İcra Aparatındakı etibarlı mənbəmizin verdiyi məlumatdan isə, belə məlum oldu ki, Zakir Fərəcov qaydaları pozaraq, məzuniyyət götürüb və ölkəni tərk edib. Hətta bu barədə, artıq, ölkənin bəzi nüfuzlu media vasitələrində və sosial şəbəkələrdə xəbərlər də dərc olunub.
Halbuki hələ bir müddət öncə, icra başçılarına bu yay məzuniyyət verilməyəcəyi barədə xəbər yayılmışdı. Həmin xəbərdə xüsusi olaraq deyilirdi ki, belə bir qərarın verilməsinə səbəb, hökumətin yayda bir sıra iri layihələri həyata keçirəcəyi ilə bağlıdır. Eyni zamanda, icra başçılarının yerində olmalarının daha bir əsas səbəbi kimi, ölkədə gözlənilən siyasi və ictimai hadisələr də göstərilirdi.
Mətbu orqanlar, öz yazılarında xüsusi olaraq onu da vurğulayıblar ki, bu məlumatı bir neçə icra başçısı da təsdiqləyib. Onlar özlərinə yaxın medialara belə bir məlumat ötürüblər ki, bu yay onlar üçün nəzərdə tutulan məzuniyyətlər ləğv edilib.
Görünür, icra başçıları arasında da ayrı-seçkilik var. Belə olmasaydı, bütün icra başçılarına tətbiq edilən məlum qadağaya rəğmən, bəziləri həmin qərarı özü üçün əhəmiyyətsiz hesab etməzdi.
Sumqayıtın icra başçısı Zakir Fərəcov da, gələn göstərişə əsasən məzuniyyətə çıxıb. 15 günlük məzuniyyət götürərək, nəinki Sumqayıtı, ölkəni belə tərk edib. Onun, ailəsi ilə birlikdə, Şərqi Avropa ölkələrindən birinə getdiyi bildirilir.
Onu da bildirək ki, ən üst səviyyədə qoyulan qadağanın Zakir Fərəcov tərəfindən pozulması olduqca maraqlıdır. Çünki digər icra başçıları kimi, Fərəcov da verilən tapşırığa əməl etməli olduğu halda, bunun əksini edib. Onun bu hərəkətinə hər hansı qiymət verilib, verilməyəcəyi də məlum deyil. Güman ki, o, bu addımını özbaşına atmayıb, arxasında dayanan məmura güvənərək edib. Əks təqdirdə, belə riskli addım atmazdı.
Bir daha xatırladırıq ki, Zakir Fərəcov icra başçıları arasında ən çox adı qalmaqala qarışanlardandır. Onun Dənizkənarı Bulvar və Sumqayıtdakı yenidənqurma və abadlıq işlərinə görə, sahibkarlara milyonlarla manat borcunun yaranması, habelə şəhərin bütün qurumlarında aparılan yoxlamalar zamanı ciddi yeyintilərin üzə çıxarılması bunlardan bir-neçəsi hesab olunur.
Həmin video-çəkilişdə kədərli danışan şəhid anasının dediklərindəki əsas epizodlar da, onun dəhşət dolu bəd əməllərindəndir. Elə buna görə də, bu yaxınlarda, diqqətimizdə olacaq bu mövzu ilə bağlı, daha geniş bir yazımızı dərc etməyi planlaşdırmışıq.

Yalan və uydurmalarla özünümüdafiənin biabırçı həddi -Zakir Fərəcov yenə “SİYASİ QUŞ” BURAXIB Yalan və uydurmalarla özünümüdafiənin biabırçı həddi -Zakir Fərəcov yenə “SİYASİ QUŞ” BURAXIB Gündəm Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı Gündəm Fərəcovun “zümrüd əməliyyatı”: İcra başçısı ilə şöbə müdirinin birgə əməliyyatı Fərəcovun “zümrüd əməliyyatı”: İcra başçısı ilə şöbə müdirinin birgə əməliyyatı Gündəm / Sosial Sahibkarlar Zakir Fərəcovdan Kamran Əliyevə MÜRACİƏT ETDİLƏR Sahibkarlar Zakir Fərəcovdan Kamran Əliyevə MÜRACİƏT ETDİLƏR Gündəm / Sosial Sahibkarlar Zakir Fərəcovdan Kamran Əliyevə MÜRACİƏT ETDİLƏR Sahibkarlar Zakir Fərəcovdan Kamran Əliyevə MÜRACİƏT ETDİLƏR Gündəm