6-07-2023, 16:31 Oxunub: 2155

QURU SƏRHƏDLƏRİN BAĞLI QALMASI VƏTƏNDAŞLARIN HÜQUQLARININ POZULMASIDIR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 2-si 2023-cü ilə kimi uzadılıb. Bu isə quru sərhədlərin bağlı qalmasından xəbər verir. Bu hal xaricdə təhsil alan Azərbaycan vətəndaşlarını və müalicəsi üçün xaricə üz tutan soydaşlarımızı daha çox narahat edir. Çünki, əksər vətəndaşlarımız yaxın və qonşu xarici ölkələrə quru sərhəd ilə getməyə üstünlük verir. Ona görə ki,  təyyarə biletlərinin qiyməti fantastik qiymətə satılır. Bunu vətəndaşlarımıza qarşı bir soyğunçuluq kimi qiymətləndirmək olar.
Artıq Azərbaycan höküməti 3 ildir ki, quru sərhədi qapalı saxlayır.
Pandemiyanın bitməsinə baxmayaraq, hər dəfə karantin rejimi uzadılır.
BMT-nin Ümumdünya səhiyyə təşkilatı pandemiyanın bütün dünyada bitməsini bildirsə də Azərbaycanda nədənsə  karantin müddəti Nazirlər Kabinetinin qərarı ilə uzadılır. Uzadılmanın səbəbi isə sual altındadır.
Quru sərhədlərin açılmamasının səbəbini isə dövlət xalqa açıqlama vermir.
Bu cür  halı Azərbaycan vətəndaşının hüquqlarının pozulması kimi qiymətləndirmək olar.
Azərbaycanda  quru sərhədlərin bağlı qalması bəzən insan həyatının ölümünə səbəb olur. Buna misal olaraq, qardaş Türkiyə ölkəsində baş vermiş zəlzələ nəticəsində  həyatını itirən tələbələr quru sərhədin bağlı qalması və təyyarə biletinin baha olması səbəbindən vətənə tətilə gələ bilmədilər.Və hadisə nəticəsində həyatlarını itirdilər.
Quru sərhədlərin bağlı qalması, uçuş biletlərinin daha yüksək qiymətə  qalxmasına gətirib çıxardır. Bu isə Azərbaycan vətəndaşlarının haqlı narazılığına səbəb olur.
Bu cür hərəkətlər Beynəlxalq Konvensiyaya ziddir. Bu qanunsuz hərəkətlərin qarşısı alınmalıdır. Vətəndaşların hüquqları tam bərpa olunmalıdır. Kimlər tərəfindən uçuş təyyarə biletlərinin baha qiymətə qoyulması araşdırılmalıdır. Və həmin şəxslər cəzalandırılmalıdır.
Onu da qeyd edim ki, savadı olmayan bir neçə jurnalist karantin rejiminin 2 oktyabr 2023-cü  il tarixinə qədər uzadılmasını və sərhədlərin açılmamasını ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi kimi qiymətləndirir. Bu fikir isə onların ya savadsız olduğunu göstərir, ya da vətəndaşları yalan fikirlər ilə manipulyasiya edirlər.
Onda ortaya bir sual çıxır.
HAVA MƏKANININ AÇIQ OLMASI İNFORMASİYA TƏHLÜKƏSİ YARATMIR?
Tam şəffaf olaraq məqsəd aydındır.
Mövzuya bir daha qayıdacağıq.
Quru sərhədin açılmasını istəyənlər bu mövzunu öz səhifəsində paylaşa bilər.
QURU SƏRHƏDLƏRİN BAĞLI QALMASI VƏTƏNDAŞLARIN HÜQUQLARININ POZULMASIDIR
Ramazan Bağırov
Politoloq və Hüquq müdafiəçisi

Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Xarici ölkələrin QHT-ləri Arazdəyəndə metallurgiya zavodunun inşasına etiraz olaraq bəyanat yayıblar Xarici ölkələrin QHT-ləri Arazdəyəndə metallurgiya zavodunun inşasına etiraz olaraq bəyanat yayıblar Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat... Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat... Sosial Səttar Möhbalıyev: “COVAX vaksinlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə paylanmasını təmin edə bilmir” Səttar Möhbalıyev: “COVAX vaksinlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə paylanmasını təmin edə bilmir” Gündəm / Sosial / Dünya
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim