Şərur rayonunun Yengicə kəndində Vətən müharibəsinin qəhrəman şəhidi çavuş Ruzi İbrahimovun xatirəsinə inşa edilmiş bulaq-abidə açılıb
Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Hüquq məsləhətçisi, BZT Akademinin Azərbaycan nümayəndəliyinin Vitse-prezidenti və Turan Akademinin nümayəndəsi Nərmin İbrahimova, qazilər, şəhid ailələri üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan Ruzi İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruzi İbrahimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Fərid Faiqoğlu
AJB-nin üzvü