10-07-2023, 10:39 Oxunub: 2159

Putin silahlı qiyamdan sonra Priqojinlə görüşüb


Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinlə görüşüb.

Bu barədə Fransanın “Liberation” qəzeti Qərb kəşfiyyatının məlumatlarına istinadən xəbər verib.

Bildirilir ki, iclasda hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd olunur ki, Priqojin iyulun 1-də Kremlə çağırılıb. Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.

Prezidentlə “Vaqner” təsisçisi arasında konkret nə müzakirə edildiyi məlum deyil.

Xatırladaq ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun 24-nə keçən gecə silahlı qiyama başlayıb. O, Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqlayıb. Amma axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bu planlarından əl çəkib. Bildirilib ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verilib.

Mövzu ilə əlaqədar

Priqojin: “Şoyqu və Gerasimov tribunal qarşısına çıxmayınca, dayanmayacağıq” - YENİLƏNİB + FOTO/VİDEOLukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı - VİDEOLukaşenko Priqojini necə yola gətirməsindən danışdı: “Putindən telefonunu istədim, dedi ki...” - VİDEO
Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib Gündəm Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN “Casus qüllə”, güllələnən göyərçinlər, göydən gələn məktublar... – TARİXİN SANDIĞINDAN Gündəm / Maraqlı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Gündəm / Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim