10-07-2023, 15:56 Oxunub: 2215

İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edərək, özünün 2020-ci ildə Vatikana səfərini və Pietro Parolin ilə görüşünü, həmçinin Roma Papası Fransiskin ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

Dövlətimizin başçısı Kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyi vurğulayıb.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasını qeyd edib.

Kardinal Pietro Parolin səfirliyin açılmasına görə təşəkkürünü bildirib, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğulayıb, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

10:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Vətən müharibəsinin başlamasından 2 il ötür Vətən müharibəsinin başlamasından 2 il ötür Sosial Roma Papası İraqda səfərdədir Roma Papası İraqda səfərdədir Siyasət / Dünya İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib İlham Əliyev Müqəddəs Taxt-Tacın dövlət katibini qəbul edib Gündəm Prezident Şahbaz Şəriflə görüşdü - YENİLƏNDİ (FOTOLAR) Prezident Şahbaz Şəriflə görüşdü - YENİLƏNDİ (FOTOLAR) Siyasət İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Gündəm / Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim