İdman
ÇOX OXUNANLAR
5-03-2021, 18:40 Oxunub: 2360
Roma Papası İraqda səfərdədir

Roma Papası Fransiskin İraqa səfəri başlayıb.
Bu, Roma Katolik Kilsəsinin başçısının İraqa ilk səfəridir.
Üç günlük səfər zamanı Papa müxtəlif xristian təriqətlərinin nümayəndələri və orada təmsil olunan Şərq Kilsələrinin rəhbərləri ilə görüşəcək. Ölkə rəhbərliyi (baş nazir Mustafa əl-Kazımi və prezident Barham Saleh) ilə görüşdükdən sonra Fransisk paytaxt Bağdaddakı Qoruyucu Müqəddəs Məryəmin Suriya Katolik Kilsəsində din adamlarına müraciət edəcək. Sabah Papa Şərqi Katolik kilsələrindən biri olan Xaldey Katolik Kilsəsinin Müqəddəs Yusif Kafedralında ilk dəfə Xaldey ibadəti üzrə ilk messanı keçirəcək.
Lakin müşahidəçilər bu səfərin əsas motivinin dinlərarası dialoq olduğunu söyləyirlər. Fransisk İslam dünyasının nümayəndələri ilə təmas üzrə onsuz da müəyyən birinciliyə malikdir. İki il əvvəl o, Ərəbistan yarımadasını ziyarət edən ilk Papa olub. Daha sonra BƏƏ-nin paytaxtı Əbu-Dabidəki tarixi görüş zamanı dinlərarası dialoqun təməl daşı olan “Sülh və dinc yanaşı yaşamaq uğrunda insan qardaşlığı haqqında” bəyannamə imzalanıb. Belə bir sənədin təşəbbüskarı Papa Fransisk ilə birlikdə ən qədim və ən böyük İslam Universiteti olan “Əl-Əzhər”in ali imamı Şeyx Əhməd ət-Teyib olub. İraqda Roma Katolik Kilsəsi rəhbərinin İraq şiələrinin mənəvi lideri ayətullah Əli Sistani ilə ilk görüşü olacaq. Görüşsonrası hər hansısa sənədin imzalanması istisna edilmir.
Roma Papası Fransiskin rəmzi bir məkanda - ölkənin cənubundakı müasir Ən-Nasiriya şəhərinin yaxınlığındakı şumerlərin qədim Ur şəhərinin vadisində böyük bir dinlərarası görüş planlaşdırılır.
Qeyd edək ki, bu, Roma Papasının pontifikatından bəri xaricə 33-cü səfəridir.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







