16-07-2023, 10:37 Oxunub: 2238

Çıxarışı olan torpaq başqasına satıldı: Vətəndaş əmisi oğlundan və bələdiyyə sədrindən şikayətçidir

Azərbaycanda çıxarışı olan torpaq başqasına satılıb.

“Xezerxeber.az” xəbər verir ki, belə bir iddia ilə Lənkəran rayon Parakənd kənd sakini İlham Nuriyev çıxış edib.

Onun sözlərinə görə, ailəsinə 1998-ci ildə verilən 93 sot kənd təsərrüfatı təyinatlı pay torpağının 40 sotu əmisi oğlu tərəfindən  zəbt olunub. Pay torpağa 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən reyestır çıxarışı da verilib.

İ. Nuriyev iddia edir ki, reyestr çıxarışı verilən gündən torpağın yarısını onun əmisi oğlu Bayram  Nuriyev qanunsuz çəpərə alaraq orada sitrus ağacları əkib.

Vətəndaş təkcə əmisi oğlundan şikayətçi deyil, o, kəndin bələdiyyə sədri Ələmşah Məmmədovdan da şikayətçidir. Onun torpağının bələdiyyə tərəfindən satıldığını iddia edir.

Torpağın hansı əsaslarla zəbt olunduğunu öyrənmək üçün qarşı tərəflə Bayram Nuriyevlə görüşdük. Bayram Nuriyev səslənən iddiaları qəbul etmədiyini, 40 sot torpağın 1995-ci ildən ona məxsus olduğunu bildirdi.

Hirkan Bələdiyyəsinin sədri Ələmşah Məmmədov isə bildirdi ki, İ. Nuriyevin  torpağının bir hissəsinin bələdiyyə tərəfindən satılması əsassızdır və ona məxsus olan 93 sot torpaq yerindədir.

Mübahisəli torpaq məsələsinə baxılması üçün iş hazırda Şirvan İnzibati Məhkəməsindədir. Məhkəmənin qərarı növbəti ayda məlum olacaq və onda torpağın kimə məxsus olduğu bilinəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır Gündəm / İqtisadiyyat Generalın əmlakları müsadirə edildi – SİYAHI Generalın əmlakları müsadirə edildi – SİYAHI Siyasət Şəhidimiz ailəsinə təhvil verildi - VİDEO Şəhidimiz ailəsinə təhvil verildi - VİDEO Gündəm / Video Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR Baş nazirdən mənzil satışı ilə bağlı VACİB QƏRAR İqtisadiyyat “Günəşli İnşaat”şirkəti Vətən müharibəsi veteranının və fiziki qüsurlu şəxsin pulunu mənimsədi – VİDEO “Günəşli İnşaat”şirkəti Vətən müharibəsi veteranının və fiziki qüsurlu şəxsin pulunu mənimsədi – VİDEO Kriminal
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim